Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Putin Birləşmiş Ştatları örtülü tənqid edir


Vladimir Putin (sağda) və Srebiya prezidenti Aleksandar Vucic hərbi paradda
Vladimir Putin (sağda) və Srebiya prezidenti Aleksandar Vucic hərbi paradda

Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydandakı çıxışında Birləşmiş Ştatları örtülü şəkildə tənqid edib. Bu gün – mayın 9-da Moskvada 2-ci dünya müharibəsi zamanı Almaniyanın məğlub edilməsinin ildönümünə həsr olunmuş parad keçirilib. Putin də paraddakı çıxışında deyib ki, “müstəsnalıq iddiası” nasist təcavüzünü yaradan faktor olub və belə bir münasibət bu gün də qlobal təhlükəsizliyi hədələyir.

Putin cəmi 2 gün öncə Rusiyanı dördüncü müddətə idarə etmək üçün prezident andı içib. Paradda minlərlə hərbçi addımlayıb, Iskander raket buraxıcıları kimi ağır silahlar sərgilənib. Havada hərbi təyyarələr şou göstərib.

Bu arada Moskvanın Ukrayna və Suriyadakı hərbi əməliyyatları ucbatından Qərblə gərginlik yaşanmaqdadır.

Müharibə həmişə həyatı təhdid edib. İki dünya müharibəsinin faciələrini, tarixin dərslərini xatırlayırıq – onlar bizə gözlərimizi yummağa imkan vermir”, – Putin müharibə veteranlarının xatirəsinə bir dəqiqəlik sükutdan sonra deyib.

YENİ HƏDƏLƏR

Yeni hədələr arxasında da eyni çirkin köhnə xasiyyətlər dayanır: eqoistlik, dözümsüzlük, aqressiv millətçilik və müstəsnalıq iddiası”, – prezident sözlərinə əlavə edib.

Müharibə veteranları
Müharibə veteranları

Putin-in öncəki prezidentlik müddətinin əvvəlində Vaşinqtonun Moskvayla əlaqələri kəskin pisləşəndə də Rusiya hakimiyyəti prezident Barack Obama daxil olmaqla, ABŞ rəsmilərini amerikan “müstəsnalığı”ndan danışmaqda suçlayırdılar.

Putin “sülhün kövrəkliyi” haqda xəbərdarlıq edib, “Rusiyanın qlobal təhlükəsizliyin təminatı üçün dialoqa hazır olduğunu” dilə gətirib. Qərb hökumətləri də belə əməkdaşlığı alqışladıqlarını, ancaq Rusiyanın son illər dünya səhnəsində aqressiv davrandığını deyirlər.

Putin həmçinin “tarixi yenidən yazmaq və təhrif etmək” cəhdlərini tənqid edib. “Biz qəddar düşmən qarşısında bəzilərinin təslim olmağa üstünlük verdiyi vaxt baş əyməyən sovet xalqıyla daim qürur duyacağıq”, – o deyib.

2-ci dünya müharibəsində 27 milyon sovet əsgəri və dinc sakin həlak olub. 1945-ci ilin mayında nasistlərin məğlubiyyətini rusiyalılar 20-ci əsr tarixinin dönüş nöqtəsi kimi görürlər. Rusiya rəsmiləri bəzən Birləşmiş Ştatları və digər Qərb ölkələrini Sovet İttifaqının bu qələbədəki rolunu azaltmasına görə tənqid edirlər. Putin 9 may çıxışlarında adətən, sovetin rolunu qabardır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG