Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:58

AXCP fəalının saxlandığı deyilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının mayın 7-də axşam saatlarında Bakıda saxlandığı bildirilir. Onun hazırda Yasamal Rayon Polis İdarəsində tutulduğu söylənir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

«Turan» agentliyinin xəbərinə görə, Yasamal Rayon Polis İdarəsindən isə bildiriblər ki, O.Baxışlı ilə bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə araşdırma aparılır.

AXCP-dən verilən məlumata görə, O.Baxışlı mart ayında da saxlanıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs cəzası verildiyi açıqlanıb. Həmin vaxt partiyadan bu, müxalifətin 31 mart mitinqindən öncə aksiyanın kütləviliyinin qarşısını almaq cəhdi kimi dəyərləndirilmişdi.

Bu il martın 31-də Milli Şura və Müsavat Partiyası Bakıda «Talana yox», «Siyasi məhbuslara azadlıq» və başqa şüarlarla mitinq keçiriblər.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG