Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

Prezident Avropa İttifaqından qonaqları qəbul edib


Azərbaycan/Aİ

Prezident İlham Əliyev mayın 7-də Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərini qəbul edib.

Komitənin üzvlərinə Böyük Britaniyadan olan deputat Sayyad Kərim başçılıq edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Onun deməsinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır.

Prezident İ.Əliyev vurğulayıb ki, əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və ticarət sahələrində davam etdirilir.

S.Kərim isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlanan danışıqların uğurla davam etdirildiyini qeyd edib.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Azərbaycanla isə bu istiqamətdə ötən ildən başlayan danışıqlar hələ ki, yekunlaşmayıb.

Multimedia

XS
SM
MD
LG