Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Putin and içdi, Medvedevi baş nazir görmək istəyir


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitry Medvedev-in vəzifədə qalmasını təklif edib.

Putin mayın 7-də Medvedev-in namizədliyini parlamentin aşağı palatasına təqdim edib. Bu haqda Kremlin vebsaytında məlumat yerləşdirilib.

Dövlət Duması məsələyə mayın 8-də baxacaq. Ancaq hakim Vahid Rusiya partiyasının üstünlük təşkil etdiyi Dumanın onun təsdiqləyəcəyi gözlənir. Medvedev partiyanın sədridir.

Konstitusiyaya görə, yeni prezident fəaliyyətə başlayan kimi hökumət istefa verməlidir.

Rusiyada baş nazir ikinci rəsmi şəxsdir, iqtisadiyyata görə məsuliyyət daşıyır, prezidentə hesabata verir.

Dmitry Medvedev (solda) və Patriarx Kirill andiçmə mərasimində
Dmitry Medvedev (solda) və Patriarx Kirill andiçmə mərasimində

52 yaşlı Medvedev 2008-ci ildə, Putin ölkəni iki müddətə idarə edəndən sonra prezidentliyə gətirilib, 2012-ci ildə yenidən yerdəyişmə olunub.

Medvedev 2003-2005-ci illərdə Putin-in idarə rəisi, 2003-2005-ci illərdə baş nazirin birinci müavini idi.

***

Vladimir Putin-in andiçmə mərasimi keçirilib. O, mayın 7-də Kremldə Rusiya Konstitusiyasına and içib.

65 yaşlı Putin 1999-cu ildən hakimiyyətdədir, ya baş nazir, ya da prezident postunda olub.

2012-ci ildə avtomobil karvanıyla mərkəzdəki boşaldılmış küçələrdən keçən Putin tənqid olunmuşdu, onun xalqla arasına sərhəd çəkdiyi bildirilmişdi.

Bu dəfəsə dövlət televiziyası tünd kostyum geyinmiş Putin-in Kremldəki bir binada yerləşın ofisindən çıxaraq limuzinə mindiyini, yaxınlıqdakı Böyük Kreml Sarayına getdiyini görüntüləyib.

***

Bu gün – mayın 7-də Vladimir Putin dördüncü müddətə Rusiya prezidenti andı içəcək. O, 18 ildir dövlətin başındadır. Tərəfdarları onun ölkəni “ayağa qaldırdığını” bildirir, opponentləri isə korrupsioner avtokratiyanın gücləndiyini iddia edir.

Putin-in andiçmə mərasimi Kremldə keçiriləcək. Özü 18 mart seçkisinin xalqın onun rəhbərliyinə inamının göstərisi olduğunu deyir. Tənqidçilər isə bu səsverməni, sadəcə, bir demokratiya görüntüsü sayır.

İki gün öncə Moskva küçələrində və ölkənin digər yerlərində anti-Putin və antihökumət etirazları keçirilib. Təşkilatçı Aleksei Navalny, yüzlərlə etirazçı qısa müddətə saxlanıb.

Alexei Navalny etiraz aksiyasında
Alexei Navalny etiraz aksiyasında

Media Moskvada minlərlə, polis isə 1500 nəfərin etiraz aksiyasına qoşulduğunu deyir.

“NEO-DURĞUNLUQ” DURUMU

Putin altıillik prezidentlik dönəminə başladığı bir vaxtda Moskvayla Qərb bir sıra geosiyasi məsələlərdən dolayı qarşıdurma yaşamaqdadır. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqində separatçıları, Suriyada prezident Bashar al-Assad-ı dəstəkləyir, Birləşmiş Ştatlar onu 2016-cı ildə prezident seçkisinə müdaxilə cəhdində ittiham edir və sairə.

Putin ölkədə yoxsulluq həddini azaltmaq, infrastrukturu modernləşdirmək, səhiyyə xidmətini yaxşılaşdırmaq vədlərini verib. Ancaq “Bloomberg”in apardığı təhlil Putin-in 2012-ci ildə üçüncü müddətə prezidentliyə başlayanda verdiyi bir sıra vədləri yerinə yetirmədiyini üzə çıxarmışdı.

Siyasi karikatura
Siyasi karikatura

Bütün göstəricilərə görə, yaxın illərdə Rusiyanın iqtisadi perfomansı orta səviyyədə olacaq. Neo-durğunluq vəziyyəti proqnozlaşdırılır”, – Britaniyanın Rusiyadakı keçmiş səfiri Andrew Wood Chatham House üçün bu yaxınlarda hazırladığı hesabatda yazırdı.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Putin andiçmə mərasimində sonra bir neçə işçi görüş keçirəcək. 2012-ci ildəki mərasimdən sonra xokkey oynamışdı, bu gün belə etməyəcək.

VTsIOM dövlət sorğu mərkəzi seçkidən sonra Putin-ə inamın azaldığını bildirir. Yanvarın 21-də rusiyalıların 58,9 faizi ona inanırdısa, aprelin 22-də bu göstərici 47,1 faizə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG