Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:00

Erdogan sərhəddə yeni əməliyyatlar aparılacağını deyir


Recep Tayyip Erdogan, arxiv fotosu

Türkiyə prezidenti Recep Tayyip Erdogan Suriyayla sərhədində yeni hərbi əməliyyatlar aparılacağını deyir. O, 24 iyun erkən parlament seçkisi üçün proqramını açıqlayarkən belə deyib.

Türkiyə Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarından sonra yeni əməliyyatlar aparacaq”, – Erdogan deyib.

Mayın 6-da İstanbulda minlərlə tərəfdarı qarşısında çıxış edən Erdogan deyib ki, “əməliyyatlar sonuncu terrorçu məhv edilənədək davam edəcək”.

Türkiyə hazırda Suriyanın şimalındakı Afrin regionunda kürdlərin YPG qruplaşmasına qarşı əməliyyat keçirir. Ankara bu qruplaşmanı terror təşkilatı sayır, Türkiyə ərazisində separatçılığa çalışan kürd yaraqlılara bağlı olduğunu deyir.

Türkiyənin 2017-ci ilin əvvəlində tamamladığı Fərat Qalxanı əməliyyatının hədəfi İslam Dövləti silahlı qruplaşması və kürd yaraqlılar idi.

Təhlilçilər Erdogan-ın erkən seçki keçirməsinin bir səbəbinin də Afrində kürd yaraqlılara qarşı uğurlu kampaniyanın yaratdığı millətçi əhval-ruhiyyədən faydalanmaq olduğunu deyirlər.

XS
SM
MD
LG