Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:15

Əfqan Muxtarlı Şüvəlana gətirilib


Ə.Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlının Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına etap edildiyi bildirilir.

Bu barədə NİDA Vətəndaş Hərəkatından Samir Əsədli məlumat verib. Onun bildirməsinə görə, məhkəməsi başa çatmış jurnalist bir neçə gün həmin təcridxanada saxlanacaq.

Ə.Muxtarlının Şüvəlandan cəzaçəkmə müəssisələrindən birinə göndəriləcəyi bildirilir.

Ə.Muxtarlı bunadək Şəkidəki penitensiar mərkəzdə saxlanırdı.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist Cinayət Məcəlləsinin (CM) 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunub. İddia olunur ki, Azərbaycan sərhədini qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb. Onun sərhədi qanunsuz keçərkən hakimiyyət nümayəndəsinə zor tətbiq etdiyi də iddia olunur.

Jurnalist isə ittihamları qəbul etmir. Gürcüstandan zorla, döyülərək Azərbaycana təhvil verildiyini vurğulayıb.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.

Şəki Apellyasiya Məhkəməsi həmin hökmü dəyişməyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlının işi ilə bağlı Gürcüstanda da istintaq aparıldığı açıqlanıb. Ancaq bu ölkənin hüquq-mühafizə orqanları jurnalistin döyülərək Azərbaycana təhvil verilməsi ilə bağlı iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG