Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:32

DSK 0.2 faiz ucuzlaşma olduğunu deyir


Dövlət Statistika Komitəsi

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 3.5 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

DSK vurğulayır ki, ərzaq məhsullarının qiymətləri 3.7, qeyri-ərzaq mallarının qiymətləri 4.1, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2.8 faiz yüksəlib.

«Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.5 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb», - məlumatda vurğulanır.

DSK bildirir ki, ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, mal, qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma baş verib. Zeytun, qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunduğu açıqlanıb.

Multimedia

XS
SM
MD
LG