Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:18

İ.Əliyev Xaçmaz rayonuna səfər edib


İ.Əliyev Xaçmazda - 4 may 2018

Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna gedib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İ.Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib

Dövlət başçısı sonra Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Prezidenti İ.Əliyev habelə, «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

«Azərxalça» ASC İdarə Heyətinin sədri Vidadi Muradov da dövlət başçısını işlərin gedişi ilə bağlı məlumatlandırıb. İ.Əliyev filialın kollektivi ilə görüşüb.

Sonra da prezident İ.Əliyev Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasiminə və «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışına qatılıb.

Multimedia

XS
SM
MD
LG