Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:21

Müəllimlərin yenidən diaqnostik qiymətləndirilməsi olacaq


İmtahan

Bu il may ayında Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsini keçirəcək.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, bu qiymətləndirmə müsabiqəsinə müddətsiz müqavilə əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, məktəbdənkənar, sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifəsində çalışanlar qatıla bilər.

Məlumatda əlavə edilir ki, diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

Nazirlik bildirir ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi prosesinə bu gün- mayın 3-dən başlanacaq. Bu, mayın 11-nə kimi davam edəcək.

Xatırlatma

2014-cü ildən 2017-ci ilin sonuna kimi ölkə üzrə ümumilikdə 140 minədək müəllimin diaqnostik qiymətləndirmədən keçdiyi açıqlanıb. Bunların 41 min 360 nəfəri ötən ilin payına düşür.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşlarının artdığı bildirilir.

Ancaq rəsmi məlumatlarda diaqnostik qiymətləndirmədən keçə bilməyən və bu proses zamanı işini itirən müəllimlərin ümumilikdə statistikası açıqlanmayıb.

Multimedia

XS
SM
MD
LG