Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Heydər Əliyevin mühafizəçisi necə vurulmasından danışdı


Bakı Ağır Cinayətlər Məhkəməsi

Keçmiş polis rəisi, ondan öncə isə mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətova xəsarət yetirilməsi, Səbail Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Orxan Axundzadəni isə öldürməyə cəhdlə bağlı məhkəmə başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına dörd nəfər çıxarılıb – 26 yaşlı Kazım Abbasov, 36 yaşlı Məhəmməd İsmayılov, 42 yaşlı Emin Həsənov Ramal Ağayev. Onlar CM-nin 221 (xuliqanlıq), 29.120 (qəsdən adam öldürməyə cəhd) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin müxtəlif bəndləri ilə ittiham olunurlar.

Mayın 2-də məhkəmədə ittiham aktı elan olunub. Cinayət işinin materiallarında yazılıb ki, oktyabrın 14-də axşam saat 19 radələrində Səbail rayonu, Şeyx Şamil küçəsi 16 ünvanında yerləşən çay evində naməlum şəxslər Müşfiq Mədətovu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər. Bununla əlaqədar Səbail Rayon Polis İdarəsində CM-nin 221 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədənlərin tapılması üçün oktyabrın 15-də əməliyyat keçirilib. Əməliyyat zamanı «Lexus» markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər polislərə atəş açıb. Nəticədə Orxan Axundzadə yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər həmin vaxt oradan qaçsalar da, sonradan həbs olunublar.

Məhkəmə qarşısına çıxarılan şəxslərdən üçü özlərini qismən təqsirli biliblər, Ramal Ağayev isə ümumiyyətlə, təqsirli bilməyib.

«Mən onu söyməmişəm»

Ardınca M.Mədətov zərərçəkmiş qismində dindirilib. Sabiq polis rəisi təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlara qarşı şikayət və tələbinin olmadığını söyləyib.

O, hadisə barədə bunları danışıb: «Hər gün o kafedə oluram. Həmin gün də oradaydım. Tanımadığım adamlar yaxınlaşıb məni vurdular. Elə oturduğum divanda uzandım. Yanımdakılar da müdaxilə etmədi».

M.Mədətovun istintaqa ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyət yaranıb. O, məhkəmədəki ifadəsini təsdiqləyib.

Cinayət işinin materiallarındakı ifadələrdə deyilir ki, hadisə M.Mədətovun «Hafka» ləqəbli işadamı Hafiz Məmmədov haqqında söyüş söyməsi ilə başlayıb. Prokuror məhkəmədə dindirmə zamanı bu məsələni zərərçəkmiş M.Mədətovdan soruşub. Sabiq polis rəisi təkzib edib: «Mən onu söyməmişəm...».

M.Mədətov 1991-ci ildən 1995-ci ilə qədər mərhum prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha sonra həbs edilib və 11 il azadlıqdan məhrum edilib. 2011-ci ildə prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Multimedia

XS
SM
MD
LG