Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Pashinian-ın seçilməməsində ‘rus barmağı’


Nikol Pashinian, 2 may, 2018-ci il
Nikol Pashinian, 2 may, 2018-ci il

Ermənistan parlamenti müxalifət lideri Nikol Pashinian-ın baş nazirliyə namizədliyinə səs verməyəndən sonra kütləvi etirazların yenidən başlaması qərb mediasının diqqət mərkəzindədir.

Pashinian hərəkatı keçmiş sovet respublikasında demokratiyanı misli görünməmiş səviyyəyə yüksəltdi, Ermənistana, azından müvəqqəti də olsa, avtoritar idarəçilikdən canını qurtarmaq fürsəti verdi. Pashinian etiraz hərəkatının geosiyasətdən asılı olmadığını, hakim elitada kök salmış korrupsiya və qohumbazlığa yönəldiyini bildirir, ancaq hakim partiya onu ‘antirusiya fəallığı’nda suçlayıb”, – “The Washington Post” qəzetində Amie Ferris-Rotman yazır.

***Buna da bax: Pashinian tərəfdarlarına: 'Dağlıq Qarabağa yolu bağlamayın'

“ANTİRUSİYA OLDUĞUNU İFŞA ETMƏYƏ ÇALIŞIRLAR”

Bu ölkədə iki hərbi bazası olan Moskva son həftələr baş verənləri ehtiyatla izləyir. Ötən həftə Ermənistanın iki rəsmisi danışıqlar üçün Moskvaya uçub. Müəllif yazır ki, Pashinian-ın özü dilə gətirməyə meylli olmasa da, bəzi müşahidəçilər parlamentdəki dünənki səsvermədə Moskvanın barmağını görürlər.

Səsvermədən öncə parlament üzvləri Pashinian-ı dörd saat ərzində sorğu-suala tutublar və Rusiya məsələsinə dəfələrlə oxunulub. Deputatlardan biri ondan soruşub ki, Rusiyanın müxalifət lideri Alexei Navalny-dən yardım alıbmı. Başqa birisi sual edib ki, Pashinian Ermənistanın üç il öncə qoşulduğu Rusiyanın ticarət blokuna üzvlüklə bağlı fikrini dəyişibmi.

Hakim Respublikaçıların Pashinian-ın Rusiyayla bağlı mövqeyinə dair suallara baxanda görürük ki, bəziləri onun antirusiya olduğunu ifşa etməyə çalışırdı”, – IHS Markit-in Rusiya və keçmiş Sovet İttifaqı üzrə baş iqtisadçısı Lilit Gevorgyan deyib.

***Buna da bax: ‘The Economist’: Ermənistandakı inqilaba Rusiyadan müdaxilə təhlükəsi qalır

Pashinian-ın məğlubiyyəti onu siyasi baxımdan bir pillə aşağı saldı. Bu, qeyri-sabit, qeyri-müəyyən durum yaradır”, – bunu isə Cənubi Karolina Universitetinin Ermənistan Araşdırmaları İnstitutunun təhlilçisi Emil Sanamyan “The New York Times” qəzetinə deyib.

BİZNES ZƏMANƏTİ

Pashinian müttəfiqləri ilə birlikdə ölkəni illər boyu idarə etmiş siyasi və iqtisadi monopoliyaları yarmağa and içib. Sanamyan-ın fikrincə, elə onun baş nazirliyinə gedən yolda əsas əngəl də bu məqam ola bilər. Respublikaçı Partiyanın biznes cameəsi ilə əlaqələri güclüdür və görünür, deputatlar onun namizədliyini təsdiqləməzdən öncə bəzi zəmanətləri əldə etmək istəyirlər.

Parlament üzvləri dəfələrlə deyiblər ki, Pashinian-la danışmaqdan ötrü onlara vaxt lazımdır.

Tənqidçiləri Pashinian-nın Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına qarşı çıxmasını yada salır, onu Kremlin tənqidçisi, qonşu Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili ilə əlaqələndirməyə çalışırlar.

***Buna da bax: Pashinian Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını təqdim edib

Pashinian isə Rusiyanı əmin etməyə çalışır ki, Ermənistan onun vacib müttəfiqi olaraq qalacaq.

Mərkəzdəki Respublika Meydanında yüzminlərlə nümayişçinin qəzəbinin yüksəlməsi Respublikaçıların populyarlığının süqutunu, siyasi səhnədən getməsini sürətləndirəcək”, – “The Financial Times” qəzeti Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian-a istinadla yazır.

XS
SM
MD
LG