Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:26

1 may dünyada necə qeyd edildi


Tbilisidə 1 may yürüşü

1 may – Beynəlxalq Zəhmətkeşlər günü Qərbi Balkanlarda, Orta Asiyada və Şərqi Avropada yürüşlər, etirazlar və konsertlər keçirilib.

Moldovada müxalifətdə olan Sosial Partiyası yürüş təşkil edib. Yürüşçülər parlament binasında toplaşıblar, prezident Igor Dodon da onlara qoşulub.

Tədbir “Məsuliyyətli İdarəçiik və Sosial Bərabərlik” deviziylə baş tutub.

Kosovoda yüzlərlə adam paytaxt Priştinanın küçələrinə çıxıb. 1 may yürüşünü Kosovonun Birləşmiş Fəhlələr Birliyi təşkil edib. Qurum ölkədə minimum aylıq maaşın 250 avroya qaldırılmasnı, fəhlələr üçün tibbi xidmət daha yaxşı çıxışın təmin olunmasını, daha təhlükəsiz iş yerləri yaradılmasını tələb edir.

Serbiya paytaxtı Belqradda May Günü nümayişinə çıxanlardan ikisi əmək nazirliyinə yaxınlaşmaq istəyib. Polis fəhlə hüquqları müdafiəçiləri olan həmin iki şəxsin nazir Zoran Djordjevic-i söydüklərinə görə saxlandıqlarını bildirib.

Həmin fəalların naziri “oğru” adandırdıqları, nazirin maaşının açıqlanmasını tələb etdikləri bildirilir.

Qazaxıstan paytaxtı Astanada isə xüsusi konsert təşkil olunub, 500 musiqiçi milli alət olan dombrada ifa edib.

XS
SM
MD
LG