Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 20:18

Parlamentdə 'istiqlalçı' mübahisəsi


S.Novruzov

Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında parlamentin komitə sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinə səs vermiş deputatların siyahısının açıqlanmasını istəyib.

Bu barədə report.az xəbər verir.

YAP-çı deputat parlamentin spikeri Oqtay Əsədova müraciət edib: «Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini «istiqlalçı» hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin».

O bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır: «Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Xahiş edirəm ki, tapşırıq verilsin, o siyahı açıqlansın».

S.Novruzovun həmkarı- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O deyib ki, yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edərək Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.

Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxanlar kimlər idi
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Xatırlatma

1991-cı il martın 18-də Azərbaycan və əksər müttəfiq respublikalarda SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilib. Həmin referendum öncəsi Azərbaycanın da bu prosesə qatılıb-qatılmaması məsələsi parlamentdə müzakirə edilib. Onda «Demokratik blok»a daxil olan şəxslər istisna olmaqla, Ali Sovetin əksər deputatları SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə tərəfdar olublar.

Azərbaycan da bu referenduma qatılıb. Rəsmi nəticəyə görə, vətəndaşların çoxu SSRİ-nin saxlanmasına səs verib. Onda Azərbaycan Xalq Cəbhəsi bu referendumu boykot etmişdi. Seçkinin nəticələrinin də saxtalaşdırıldığını bəyan etmişdi.

Amma 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd hadisəsindən sonra SSRİ-də vəziyyət bir xeyli dəyişib. Azərbaycan parlamenti oktyabrda Müstəqillik Bəyannaməsini qəbul edib.

Budan sonra keçirilən referendumda isə xalqın böyük əksəriyyəti müstəqilliyə səsə verib.

1991-ci il martın 18-də SSRİ-nin saxlanması ilə bağlı referendumun əleyhinə çıxan «Demokratik blok»un təmsilçiləri özlərini «İstiqlalçı deputatlar» adlandırırlar. Onların əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin üzvü və tərəfdarı olub.

O vaxt SSRİ-nin saxlanması ilə bağlı referenduma səsə verən deputatlardan bəziləri isə indi Azərbaycanda yüksək vəzifələr tuturlar.

Bu məsələ tez-tez müxalif mediada qabardılır. Amma 1991-ci il martın 18-də keçirilən referendumun əleyhinə çıxanlardan biri də o vaxtın deputatı, keçmiş prezident Heydər Əliyev olub.

XS
SM
MD
LG