Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:43

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medal


Milli Məclis

Bu gün, mayın 1-də Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə medal təsis olunması müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Qanuna dəyişiklik təklif edilib.

Layihəyə əsasən, «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı təsis ediləcək.

AXC liderlərinin varisləri, bu irsin tədqiqində, təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmət göstərənlərə bu medal veriləcək. Bu medallar əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də verilə bilər.

Layihə səsə qoyularaq qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılıb. Rusiyanın silahlı müdaxiləsi nəticəsində 1920-ci il aprelin 28-də süqut edib. Azərbaycan bir də 1991-ci ildə müstəqilliyini bərpa edib.

2018-ci il ölkədə «Azərbaycan Xalq Cümhuriyyətinin ili» elan edilib.

Multimedia

XS
SM
MD
LG