Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:53

ABŞ Ukraynaya Javelin göndərdiyini təsdiqləyir


Siyasi karikatura
Siyasi karikatura

Birləşmiş Ştatlar Ukraynaya Javelin antitank raket sistemlərini göndərdiyini AzadlıqRadiosu-na (RFE/RL) təsdiqləyib. Bu addımı Kiyev alqışlasa da, Moskvanı qəzəbləndirəcəyi dəqiqdir. Ukraynanın şərqində dörd ildir gedən münaqişədə rusiyapərəst separatçılar hökumət qüvvələri ilə mübarizə aparır.

Raketlər artıq çatdırılıb”, – aprelin 30-da Dövlət Departamentinin rəsmisi radionun sorğusuna cavabında bildirib.

Öldürücü silahların göndərilməsi Birləşmiş Ştatların bu münaqişədə iştirakını dərinləşdirir. Bu, eyni zamanda Ukraynanın münaqişədə Qərbin dəstəyini qazanması yönündə simvolik qələbəsi sayılır.

Bu məsələ Vaşinqtonda aylarla qızğın debatlara səbəb olmuşdu, prezident Donald Trump-ın məsələyə könülsüz yanaşdığı bildirilirdi. Javelin satışının dekabrda Ağ ev tərəfindən təsdiqləndiyi xəbərlənirdi.

***Buna da bax: ABŞ senatoru Ukraynaya Javelin raketlərinin verilməsini təqdir edir

Həmin xəbər Moskvanın sərt danlağına səbəb oldu. Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Birləşmiş Ştatları “müharibəni qızışdırmaqda” suçlayırdı.

“VAXTINDA” ÇATDIRILIB

Dövlət Departamentinin açıqlamasından öncə iki mənbə Javelin –in Ukraynaya çatdırılmasını AzadlıqRadiosu-na təsdiqləmişdi. Mənbələr açıq danışmaq səlahiyyəti olmadığından anonim qalmaq istəmişdilər.

Ancaq raket sistemlərinin Ukraynaya nə vaxt çatması, vəd olunan raketlərin hamısının verilib-verilməməsi, Ukrayna ordusunun Javelin-lə təlimə başlayıb-başlamaması haqda məlumat verilmir. Mənbələrdən biri Javelin-lərin “vaxtında” çatdırıldığını deyib.

Dövlət Departamenti yalnız informasiyanı təsdiqləyib, əlavə məlumat verməyib.

Kiyev və Qərb hökumətləri Moskvanın Ukraynadakı separatçıları silahlandırdığını, onları koordinasiya etdiyini, rusiyalı döyüşçülərini oraya savaşmağa göndərdiyini bildirir, Rusiya bunları rədd edir. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra münaqişə qızışıb.

Ukrayna prezidenti Petro Poroshenko Qərb rəsmilərindən daha çox silah istəyir. Ancaq aprelin 30-da Poroshenko-nun idarəsindən Javelin-lər barədə açıqlama almaq mümkün olmayıb.

***Buna da bax: John Bolton Rusiyaya şərtlərini açıqlayır

Martda təsdiqlənmiş 47 milyon dollarlıq ABŞ hərbi yardım paketində Kiyev üçün 210 Javelin antitank raketi, 37 Javelin buraxıcı qurğusu nəzərdə tutulmuşdu.

2015-ci ildən Birləşmiş Ştatlar Ukraynaya 750 milyon dollarlıq qeyri-öldürücü yardım göstərib. Buraya Humvee zirehli maşınları, gecəgörmə avadanlığı, qısamənzilli radar sistemləri daxildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG