Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:20

ABŞ senatoru Ukraynaya Javelin raketlərinin verilməsini təqdir edir


ABŞ senatoru Rob Portman deyib ki, Ukraynaya Amerika silahının verilməsi həm də sülhə xidmət edəcək
ABŞ senatoru Rob Portman deyib ki, Ukraynaya Amerika silahının verilməsi həm də sülhə xidmət edəcək

ABŞ-ın vəzifəli senatoru Praqada AzadlıqRadiosuna müsahibəsində deyib ki, Birləşmiş Ştatların təkmil tank əleyhinə silahları, Ukraynaya özünü Rusiya təcavüzündən daha yaxşı qorumaq imkanı yaradacaq.

Senatın mötəbər Xarici Əlaqələr Komitəsinin üzvü olan respublikaçı Rob Portman bildirib ki, Kiyevə Javelin antitank raketlərinin verilməsi həm də sülhə, Minsk razılaşmalarının daha yaxşı icrasına kömək edəcək.

Senatorun sözlərinə görə, “ukraynalılarda belə silahın olması təcavüzkarı nəticələr barədə düşünməyə vadar edəcək”.

2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında Ukrayna, Rusiya, Almaniya və Fransanın iştirakı ilə əldə olunmuş razılaşmalar şərqi Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb edir.

Əvvəlki prezident Obamanın administrasiyası Kiyevə Javelin raketlərini verməkdən çəkinsə də, Trump-ın administrasiyası bu döyüş silahlarının Ukraynaya verilməsinə dair qərar qəbul edib.

Portman bildirib ki, Ukraynaya qarşı təcavüzün dayandırlması üçün “BMT də daxil bütün dünya ayağa qalxmalıdır, çünki belə bir hal İkinci Dünya Müharibəsindən bu yana cavabsız qalmayıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG