Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Prezident Avropadan gələn məruzəçi ilə görüşüb


N.Nikolai və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələr müzakirə olunub.

Aprelin 27-də Milli Məclisin sədri Oqtay Əsədov da xanım N.Nikolai ilə görüşüb. Bu görüşdə də Milli Məclis ilə Avropa Parlamenti arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

O.Əsədov Azərbaycanın Avropa İttifaqı (Aİ) və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlı olduğunu vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, bu səfər münasibətləri daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.

Xatırlatma

2015-ci ildə Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnamə qəbul etməsi tərəflər arasında münasibətləri soyutmuşdu. Həmin qətnamədə demokratik prinsiplər və insan hüquqlarına görə Azərbaycan hakimiyyəti tənqid edilirdi.

Sənəddə həmçinin, Avropa Komissiyası ilə üzv ölkələrə Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə sanksiya, viza qadağası məsələsinə baxmaq tövsiyə edilirdi.

Qətnamənin qəbulundan sonra Azərbaycan parlamenti «Avronest»dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Ancaq 2016-cı il sentyabrın 30-da ölkə parlamenti «Avronest»ə yenidən geri dönməyə qərar verib.

«Avronest» Parlament Assambleyası Avropa İttifaqı «Şərq tərəfdaşlığı» təşəbbüsünün parlament komponentidir. Assambleyanın tərkibində Avropa Parlamentindən 60, təşəbbüs iştirakçısı olan dövlətlərin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın hər birindən 10 deputat iştirak edir.

Multimedia

XS
SM
MD
LG