Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Paşinyan kompromisə getmir, özünü baş nazirliyə legitim namizəd sayır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın müxalif lideri Nikol Paşinyan Hakim Respublikaçı Partiya (HHK) ilə hər hansı kompromisi istisna edib və bildirib ki, onun özü baş nazir postuna yeganə legitim namizəddir.

Paşinyan aprelin 26-da Respublika meydanında keçirilən mitinqdə deyib: "Ya mən xalqın vasitəsi və onun tələbi ilə baş nazir olacağam, ya da Ermənistan Respublikasında ümumiyyətlə baş nazir seçilməyəcək. Korrupsiyalı və antimilli sistemlə heç bir kompromis ola bilməz”.

Paşinyan bildirib ki, baş nazir əvəzi Karen Karapetyanı aprelin 27-si günorta saatlarında Yerevanın Marriott otelində mətbuatın iştirakilə danışqılara dəvət edib.

Sarkisyanın istefasına və daşnakların koalisiyadan çıxmasına baxmayaraq HHK hələ də parlamentdə 58 mandatla çoxluğa malikdir.

Paşinyanın 105 yerlik parlamentdə ona lazım olan 53 səsi qazanıb-qazanmayacağı bəlli deyil.

Paşinyan aprelin 26-da parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri ilə danışıqlar aparıb.

Bunlardan biri də parlamentdə ikinci böyük fraksiya olan Firavan Ermənistan Partiyasıdır.

Firavan Ermənistan aprelin 25-də öz üzvlərini Paşinyanın küçə etirazlarında iştirak etməyə çağırmışdı. Partiyanın lideri Qagik Tsarukyan deyib ki, onların son qərarı xalqın iradəsini rəhbər tutacaq.

Hakim koalisiyanı tərk etmiş Daşnaksutyun Partiyasından bir neçə millət vəkili də Paşinyana dəstək bildirib.

***

Bundan əvvəl Ermənistan parlamentinin spikeri demişdi ki, deputatlar mayın 1-də ölkənin yeni baş nazirini seçəcəklər.

Aprelin 26-da spiker Ara Babloian həmin tarixə parlamentin xüsusi iclasını təyin edib.

Sarkisian-ın istefasına və hakim koalisiyadan tərəfdaşın ayrılmasına baxmayaraq, HKK hələ də 105 yerlik parlamentdə 58 deputatlar üstünlük təşkil edir.

Pashinian aprelin 26-da parlamentdəki digər fraksiyalarla görüşərək baş nazir postuna namizədliyinə dəstəyi təmin etməyə çalışıb.

O, parlamentdəki ikinci fraksiya sayılan Tsarukian müxalifət alyansının lideri Gagik Tsarukian-la görüşdüyünü açıqlayıb.

Yerevanda etirazlar
Yerevanda etirazlar

Bu arada HKK-dan iki rəsmi, xarici işlər naziri Edward Nalbandian və baş nazirin müavini Armen Gevorgian Moskvada keçirdikləri görüşlərdə Yerevandakı siyasi böhranının təsirini müzakirə edirlər.

AzadlıqRadiosu-nun erməni xidməti aprelin 26-da Nalbandian-dan Moskva görüşləri barədə informasiya almağa çalışıb, ancaq o, hansı rəsmilərlə görüşdüyünü açıqlamayıb.

Bu arada Ermənistan prezidenti Armen Sarkisian aprelin 26-da deyib ki, ölkə tarixində “yeni səhifə” yaşayır.

“Bundan sonra dinc, mütəşəkkil və sivil hərəkatın ümumermənistan hərəkatına çevrildiyi yeni Ermənistanda yaşayırıq və bununla fəxr edə bilərik. Heç kəs bu yeni reallığı inkar edə bilməz”, – prezident Sarkisian bəyanatında deyib.

***

Ermənistanın hakim Respublikaçı Partiyası (HHK) bəyan edib ki, müxalifət lideriylə “istənilən məsələ”nin müzakirəsinə hazırdır. Bundan əvvəl partiya hakimiyyəti təslim etmək üçün onlara təzyiq göstərən Nikol Pashinian-ın şərtlərinin müzakirəsindən imtina edirdi.

Aprelin 25-də gecə verdiyi açıqlamada HHK onu da bildirir ki, bu həftə baş nazir postundan istefa vermiş Serzh Sarkisian-ı partiya sədrliyindən uzaqlaşdıracaq.

***Buna da bax: Pashinian hakim partiyaya ultimatum verir

PASHİNİAN ULTİMATUM VERMİŞDİ

Bu açıqlama verilməmişdən partiya üzvləri Sarkisian və baş nazir vəzifəsini icra edən Karen Karapetian-al görüşüblər.

Bəyanatda deyilir ki, Sarkisian baş nazir seçiləndən cəmi altı gün sonra istefa vermək qərarını “daha detallı izah edib”.

2008-2018-ci illərdə prezident postunda olmuş Sarkisian HHK-nın nəzarət etdiyi parlament tərəfindən aprelin 17-də baş nazir seçilmişdi.

Bəyanata görə, keçmiş prezident HHK-dan olan deputatları “sabitliyi və ölkənin təhlükəsizliyi”ni əsas prioritetə çevirməyə çağırıb.

Görüşün “ikinci yarısı”nın Sarikisian-ın iştirakı olmadan keçirildiyi, hökumətlə etirazçılar arasında yaranmış çıxılmaz durumun müzakirə olunduğu bildirilir.

İştirakçılar “HHK fraksiyasının bütün tərəflərlə ilkin şərtlər olmadan istənilən məsələni müzakirə etməyə hazır olduğunu” elan etməyə razılaşıblar, bəyanatda belə deyilir.

HHK görüş keçirdiyi bir vaxtda Pashinian Yerevanda başqa bir böyük yürüşə liderlik edib, parlamentdən tələb edib ki, onu aralıq baş naziri təyin etsin və erkən seçki çağırsın.

Respublikaçı Partiyasının xalqa qeyd-şərtsiz təslim olmasını tələb edirik”, – o deyib.

Pashinian tərəfdarlarını aprelin 26-da nümayişi davam etdirməyə, küçələri bağlamağa çağırıb.

***Buna da bax: Rusiyalı ekspert: ‘Moskva Ermənistanı elə-belə buraxan deyil’

Aprelin 25-də HHK-nın hakim koalisiyadakı tərəfdaşı – Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun) hakimiyyətdən getdiyini açıqlayıb. Bəyanatında bildirib ki, parlament “xalqın etimad göstərdiyi” şəxsi baş nazir seçməlidir.

Aprelin 25-də parlamentdəki müxalifət bloku da Pashinian-ın baş nazirliyə namizədliyini verəcəyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG