Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Paşinyan hakim partiyaya ultimatum verir


Ermənistan müxalifətinin lideri Nikol Paşinyan deyib ki, o baş nazir əvəzi Karen Karapetyana fövqəladə vəziyyət elan etməmək xəbərdarlığı verib.

Aprelin 25-də paytaxtın Respublika meydanında davam edən izdihamlı etiraz mitinqində Paşinyan bunu da iddia edib ki, hakim Respublikaçı Partiyanın bir sıra millət vəkilləri baş nazir əvəzi Karapetyanı yox, “xalqın namizədini” dəstəkləmək barədə qərar qəbul ediblər.

Paşinyan bildirib ki, Rusiya Karapetyanı dəstəkləmir və o Rusiya rəsmilərindən Moskvanın Yerevanın daxili işlərinə müdaxilə etməyəcəyi barədə zəmanət alıb.

Paşinyan Karapetyana xəbərdarlıq edib ki, o baş nazir postuna yeni namizəd təyin etməyə cəhd göstərsə, xalq parlamentin binasını blokadaya alacaq:

"Bu andan etibarən mən Karen Karapetyana xəbərdarlıq edirəm ki, o hətta heç bir hökumət binasına daxil olmamalıdır. Biz xalq qalib gəlmişik və heç kəs bu fakta şübhə edə bilməz”.

***

HHK potensial olaraq erkən parlament seçkisi keçirilməsinə açıq olduğunu, ancaq keçid dövründə hökumətin başında qalmaq istədiyini açıqlayıb.

Məntiqi həll odur ki, siyasi partiyalar – Konstitusiyamız və qanun çərçivəsində bir araya gəlib erkən seçkiyə nə vaxt ehtiyac olduğunu müzakirə etsinlər”, – Karapetian aprelin 25-də mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “oyunun bərabər qaydaları hamıya şamil olunmalıdır”.

Ermənistanda hərbi bazası olan Rusiya isə “durumu çox diqqətlə izlədiyini” bildirib.

Hələ də bunu daxili məsələ sayırıq və ümid edirik ki, erməni dostlarımız bu durumdan çıxa biləcəklər, tezliklə sabit strukturu müəyyənləşdirəcək, konsensus qərara gələcəklər”, – Kremlin sözçüsü Dmitry Peskov deyib.

***

Bu arada Çiçəklənən Ermənistan Partiyasının sədri, varlı biznesmen Gagik Tsarukian üzvlərini küçələrdəki “xalqla birlikdə olmağa” çağırıb. Bu partiya parlamentdə ikinci fraksiyaya malikdir.

Parlamentdə təmsil olunmayan İrs partiyası da eyni cür davranıb. Bu partiyanın lideri Raffi Hovannisian 2013-cü ilin prezident seçkisində ikinci yerə çıxıb.

Sosial demokrat Hunchakian partiyası da baş nazir vəzifəsini icra edən Karapetian-ı “istefa verməyə, parlament çoxluğunu xalqın namizədini baş nazir seçməyə məcbur etməyə çağırıb”

Parlamentdəki müxalif Yelk fraksiyasının üzvü Edmon Marukian isə deyib ki, Pashinian-ın baş nazirliyə namizədliyini irəli sürməyə parlamentdə yetərincə səs var.

105 yerlik parlamentdə baş nazirliyə namizədin irəli sürülməsindən ötrü azı 27 səs lazımdır. Yelk partiyasını parlamentdə doqquz deputat təmsil edir, müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının (BHK) isə 31 yeri var.

***

Polis kordonu qurulmuş ərazilərdə hökumət binaları, hakim Respublikaçı Partiyasının mərkəzi ofisi yerləşir.

Prezident Armen Sarkisian aprelin 25-də yaydığı bəyanatda deyib ki, ölkəni siyasi böhrandan çıxarmaqdan ötrü “parlament və qeyri-parlament təmsilçiləri” ilə alternativ məsləhətləşmələrə başlayacaq.

Etirazların lideri Nikol Pashinian aprelin 25-də bildirib ki, Ermənistanın “qeyri-zorakı” inqilabı Ermənistanın Respublikaçı Partiyasına “daha hakimiyyət qala bilməzlər” deyə aydın mesaj göndərib.

Onun sözlərinə görə, Sarkisian-ın aprelin 23-də istefa verməsinə baxmayaraq, “respublikaçılar hakimiyyətdən məhrum edilməlidirlər ki, Serzh Sarkisian respublikaçılar vasitəsilə kölgə hakimiyyətini davam etdirə bilməsin”.

Pashinian ruporla danışıb, Respublikaçı Partiyasını hakimiyyətdən getməyə çağırıb, “respublikaçıların hamısı birmənalı şəkildə xalqın qələbəsini tanımalıdır” deyib.

Yerevanda müxalifət tərəfdarları yenidən küçələrə axışıb
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

***

Artıq Yerevanda etirazlar başlayıb və polis dəstələri görünür.

Daxili İşlər Nazirliyinin zirehli maşınlarının müşayiət etdiyi polis maşınları şəhər mərkəzində müxtəlif yerlərə tikanlı məftilləri səriblər.

Onları mülki geyimli çevik polis müşayiət edib. Polislər strateji mövqeləri tutub, əllərində polis qalxanları var. Adətən saxlananları daşıyan onlarla avtobus isə təhlükəsizlik məntəqələri yaxınlığında dayanıb.

***

Ermənistanın müxalifət lideri Nikol Pashinian tərəfdarlarını aprelin 25-də yenidən küçələrə çıxmağa çağırıb. Səbəb hakim Respublikaçı Partiyası (HHK) ilə planlaşdırılan danışıqların ertələnməsidir.

Yerevanda polis əməkdaşı
Yerevanda polis əməkdaşı

Respublikaçı Partiyası Serzh Sarkisian-ın istefasından faydalanmağı, hakimiyyətini saxlamağı düşünür”, – Pashinian aprelin 24-də axşam Facebook səhifsində yerləşdirdiyi videomüraciətdə deyir.

Qeyd edək ki, baş nazir Serzh Sarikisian aprelin 23-də, 11 günlük küçə etirazlarından sonra istefa verib.

“MƏXMƏRİ İNQİLABI BİTİRƏK”

Bu partiya təmsilçisinin baş nazir təyin olunmasına razılaşa bilmərik, bu korrupsioner sistemin mövcudluğunu davam etdirməsinə imkan verə bilmərik”, – deyən lider tərəfdarlarını “meydana gəlməyə, məxməri inqilabı bitirməyə” səsləyib.

***Buna da bax: Paşinyan ölkə başçılığına hazır olduğunu deyir

Baş nazir vəzifəsini icra edən Karen Karapetian-la danışıqlar aprelin 25-nə təyin olunmuşdu, ancaq Karapetian deyib ki, Pashinian-ın irəi sürdüyü ilkin şərtləri rədd edir və danışıqlar da təxirə salınır.

Pashinian bir daha tələb edib ki, HHK-nın üstünlük təşkil etdiyi parlament “xalqın namizədi”ni aralıq baş naziri təyin etsin və ondan sonra erkən parlament seçkisi çağırılsın. O, xalqın istəyi olarsa, bu rolu götürməyə hazır olduğunu da dilə gətirib.

Serzh Sarkisian-ın istefasına nail olduqsa, Respublikaçı Partiyasını xalqın iradəsinə təslim olmağa da məcbur edə bilərik. Əks halda, daha geniş miqyasda hərəkətə keçəcəyik”, – o, aprelin 24-də axşam xarici media üçün düzənlənmiş mətbuat konfransında deyib.

***Buna da bax: Sarkisyanın getməsi Qarabağ danışıqlarını asanlaşdıracaqmı?

Pashinian Karapetian-la danışıqlarında bunun “yeganə mövzu” olacağını deyib. Onun sözlərinə görə, HHK sədrinin birinci müavini olan Karapetian hətta hakim partiyadan çıxsa belə, vəzifədə qalmamalıdır.

42 yaşlı Pashinaian “erməni xalqı qadından danışdığını” söyləyib.

Pashinian bu tələbləri irəli sürüncə Karapetian planlaşdırılan görüşün ertələndiyini bildirib. O deyib ki, “Nikol Pashinian görüşün formatına, gündəminə, mediada işıqlandırılmasına aiddiyyatı olan yeni tələbləri birtərəfli şəkildə irəli sürüb”.

“BU FORMATDA DANIŞIQLAR GÖRMƏMİŞƏM”

Karapetian deyib ki, Pashinian yalnız özünün gündəminə uyğun danışıqlar istəyir. “Heç vaxt belə bir formatda danışıqlar barədə eşitməmişəm”, – Karapetian bəyanatında söyləyib.

Karapetian-ın sözlərinə görə, prezident Armen Sarkissian-dan xahiş edib ki, daha geniş siyasi qüvvələrlə alternativ danışıqlar təşəbbüsünü irəli sürsün, parlamentdəki qüvvələr də danışıqlara qatılsın. O, erkən seçkilərin də bir variant kimi müzakirə oluna biləcəyini söyləyib.

Pashinian Facebook videosunda Karapetian-la danışıqlarda parlamentin spikeri Ara Babloyan-ın, HHK-nln parlamentdəki lideri Vahram Baghdasarian-ın da iştirak etməsini tələb edib.

***Buna da bax: Sarkisian-ın istefası "Rusiyayla bağlı deyil"

Aprelin 25-də səhər Yerevanın mərkəzindəki Respublika meydanında çıxış edən Pashinian deyib ki, o, tərəfdarlarıyla birlikdə “durumu müzakirə edəcək və gələcək hərəkətlərimizlə bağlı qərar verəcək”.

Bu arada Birləşmiş Ştatlar və Avropa Birliyi Ermənistanda siyasi dialoqa çağırıb.

Hazırkı durumun tez və dinc yolla həll olunması vacibdir. Bütün siyasi tərəflərin iştirakıyla milli dialoq əsasdır”, – Yerevandakı AB təmsilçiliyinin və AB üzvləri səfirliklərinin birgə bəyanatında deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG