Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:14

Hərbi vəziyyət zamanı qaydanı pozan KİV-ə cəza


Milli Məclis

Azərbaycanda hərbi vəziyyət zamanı kütləvi informasiya vasitələrinə (KİV) qoyulan məhdudiyyəti pozanlar ağır cərimə cəzası ala bilər.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti bununla bağlı ölkə parlamentinə təklif göndərib.

Təkliflərdə İnzibati Xətalar Məcəlləsinin «Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması» adlanan 517-ci maddəsinə 517-2.15 maddənin əlavə edilməsinin istəndiyi bildirilir.

Xəbərə görə, layihədə yazılır ki, hərbi vəziyyətin elan olunduğu ərazidə kütləvi informasiya vasitələrinə tətbiq edilən xüsusi fəaliyyət rejiminə əməl etməyənlər cərimələnəcəklər. Vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manata qədər cərimələnməsinin nəzərdə tutulduğu qeyd edilir.

Layihənin Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək plenar iclaslarından birində müzakirəyə çıxarılacağı bildirilir.

Xatırlatma

Ötən il Azərbaycanda «Hərbi vəziyyət haqqında» Qanun qəbul edilib. Həmin qanun hərbi vəziyyət durumunda kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasına, habelə hərbi senzuranın tətbiqinə imkan verir.

Sözügedən qanunu ekspertlər birmənalı qarşılamayıblar.

Deputatlar hərbi durumda məhdudiyyətin tətbiqini normal hesab etsə də, bəzi ekspertlər bu fikri qəbul etmirlər. Onlar hesab edir ki, ölkə Konstitusiyası aydın şəkildə senzuranı qadağan edib.

«Konstitusiyaya görə, həmin sənəddə nəzərdə tutulan hüquq və azadlıqları qanunlarda məhdudlaşdırmaq olmaz. Bu, Konstitusiyanın müddəalarının pozulmasıdır», - həmin ekspertlər bildirirlər.

Multimedia

XS
SM
MD
LG