Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:47

Azərbaycan-Türkiyə sənədləri imzalanıb


R.T.Ərdoğan və İ.Əliyev

Bu gün, aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüş başa çatdıqdan sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Prezidentlər «Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu»nu imzalayıblar.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə bu ölkənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramına imza atıblar.

Habelə, elektron imza sahəsində əməkdaşlıq haqqında və preferensial ticarət sazişi üzrə müzakirələrə dair anlaşma memorandumları da imzalanıb.

İki ölkə arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında saziş də bağlanıb.

«Şəxsi heyətin mübadiləsinə dair Protokol»u isə Azərbaycan müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar imzalayıb.

Prezidentlərin təkbətək görüşü olub

Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə bu gün, aprelin 25-də bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İ.Əliyev aprelin 24-də Türkiyəyə rəsmi səfər edib.

Multimedia

XS
SM
MD
LG