Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Küçələrdə 570 uşaq müəyyən edilib


Bakıda küçə uşaqları

Ötən il Azərbaycanda ailə mühitindən, pedaqoji, ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatında yazılıb.

Hesabatda bildirilir ki, yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin həmin uşaqlara qayğı göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərilərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görüldüyü açıqlanıb.

Multimedia

XS
SM
MD
LG