Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:16

20-25 dərəcə isti gözlənir


Günəş

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Bəzi yerlərdə zəif duman olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 25-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı bildirilir. Gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG