Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:21

Minsk qrupu həmsədrləri bəyanat yayıb


Prezident İlham Əliyevin Minsk qrupu həmsədrləri ilə görüşü, oktyabr, 2017-ci il

Regiondakı son hadisələr, təmas xəttində durumun gərginləşmə ehtimalı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 23-də bəyanat yayıb. Rusiyadan həmsədr Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer-in adından yayılmış bəyanatda belə bir həssas dönəmdə tərəflərin atəşkəs rejiminə sayqıyla yanaşmasının vacibliyi vurğulanır. Həmsədrlər özəlliklə ağır texnikanın cəbhə xəttindən uzaqda saxlanmasının vacibliyini qeyd edirlər.

Həmsədrlər tərəfləri gərginliyin azaldılmasından ötrü təcili tədbirlər görməyə çağırırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllindən ötrü tərəflərlə intensiv sülh danışıqlarının mümkün qədər tez bərpasını səbirsizliklə gözlədiklərini bildirirlər.

Qeyd edək ki, Ermənistanın baş naziri Serzh Sarkisian dünən – aprelin 23-də istefa verib. Bu ölkədəki son proseslər Dağlıq Qarabağ regionunda durumun gərginləşməsi sarıdan narahatlıqları artırıb.

Azərbaycan Müdafiə Nazirliyi (MN) isə aprelin 23-də yaydığı bəyanatında bildirib ki, “cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir”.

Nazirlik Ermənistandakı siyasi gərginlik şəraitində cəbhə bölgəsində təxribatların mümkünlüyünü ifadə edib.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG