Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:00

MN: Cəbhə xəttində gərginliyin artmasının tərəfdarı deyilik


Azərbaycan Müdafiə Nazirliyi

“Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir”.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Ermənistandakı vəziyyətlə əlaqədar bu gün, aprelin 23-də yaydığı bəyanatında belə yazılır.

Nazirlik Ermənistandakı siyasi gərginlik şəraitində cəbhə bölgəsində təxtribatların mümkünlüyünü ifadə edib.

MN bununla əlaqədar vurğulayıb ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti tam nəzarət altındadır.

“Bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.”, nazirlik bildirirb.

Ermənistanda günlərlə davam edən aksiyalar bu gün, aprelin 23-də baş nazir Serzh Sarkisianın istefa verməsi ilə nəticələnib. Aksiya iştirakçıları Serzh Sarkisianın baş nazis seçilməsinə etiraz edirdilər.

Ermənistanda Konstitusiyaya dəyişikliklər zamanı Serzh Sarkisianın baş nazir olmayacağını açıqladığı bildirilirdi.

Bu ölkədə Konstitusiya dəyişikliyi nəticəsində prezidentin səlahiyyəti azaldılıb, baş nazirin səlahiyyəti çoxaldılıb. Serzh Sarkisianın bundan əvvəl Ermənistanda 2 müddət prezident olmuşdu.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG