Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Şimali Koreyada 32 çinli turist həlak olub


Lu Kang

Çin rəsmiləri Şimali Koreyada avtobus qəzasında 32 çinli turistin və dörd şimali koreyalının həlak olduğunu bildirirlər.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang aprelin 23-də gündəlik mətbuat konfransında deyib ki, qəza bazar günü Pxenyanın cənubunda yerləşən Şimali Hvanqe vilayətində baş verib.

Nazirlik Çinin hadisə yerinə diplomatların müşayiəti ilə tibbi komanda göndərdiyini, iki çinli turistin “çox ağır vəziyyətdə” olduğunu bildirib.

Çin Şimali Koreyanın ən böyük ticarət tərəfdaşıdır və çinli turistlər bu təcrid olunmuş adaya tez-tez səyahət edirlər.

XS
SM
MD
LG