Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Ermənistanda əsgərlər etirazçılara qoşulub - YENİLƏNİR


Hərbi geyimlilər yürüşdə
Hərbi geyimlilər yürüşdə

Etirazların lideri Nikol Pashinian artıq buraxılıb və nümayişçilərə qoşulub.

Aprelin 23-də minlərlə antihökumət nümayişçi paytaxt Yerevanın küçələrinə çıxıb. Onlara onlarla əsgər qoşulub ki, bu da Müdafiə Nazirliyinin sərt təpkisinə səbəb olub.

Artıq Ermənistanda etirazların 11-ci günüdür.

MÜDAFİƏ NAZİRLİYİ XƏBƏRDARLIQ EDİR

Hərbi geyimli 200-dək adam qol-qola girərək etirazçıların yürüşünə qoşulub. Müdafiə Nazirliyi buna dərhal reaksiya verərək həmin əsgərlərin cəzalandırılacağnı bildirib.

Nikol Pashinian etirazçılara qoşulur
Nikol Pashinian etirazçılara qoşulur

Nazirliyin bəyanatında deyilir ki, bu əsgərlərin hərəkətləri “təkcə hərbi hissədə qaydanın pozulması sayılmır, həmçinin demokratiyanın əsas prinsipinin kobudcasına pozulmasıdır… həmin prinsip ordunun siyasətə qarışmamasını nəzərdə tutur”.

Daxili İşlər Nazirliyi isə aprelin 23-də yaydığı bəyanatda bildirib ki, etirazçıların hərəkətlərini monitorinq edir və “nəqliyyatın qəsdən bağlanmasına, polis əməkdaşlarına itaətsizlik hallarına icazə verilməyəcək”.
Ölkənin ikinci və üçüncü böyük şəhərləri olan Gümrü və Vanadzorda da etirazların keçirildiyi bildirilir.

Armenpress xəbər agentliyi Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgy Kutoian-a istinadla yazır ki, bu hadisələr “artıq dövlətçiliyimizə böyük təhlükə yaradır”.


***

Aprelin 23-də Ermənistanın paytaxtı Yerevanda antihökumət etirazları davam edir. Ötən gecə minlərlə nümayişçi polisin xəbərdarlığını qulaqardına vurub, Yerevanın mərkəzindəki Respublika meydanına yığışıb. Dünən polis etirazçıların lideri Nikol Pashinian-ı saxlayıb.

22 aprel yürüşündə etirazçılar “mərkəzsizləşdirilmiş” yürüşlərə başlamağa razılaşıblar. Şəhərin müxtəlif yerlərində daha kiçik qruplarla dinc itaətsizlik aksiyaları keçirəcəkləri, küçələri bağlayacaqları, ictimai nəqliyyatın işini əngəlləyəcəkləri gözlənir.

Bu gün axşam saat 7-yə Respublika meydanına yeni nümayiş təyin olunub. Nümayişçilər baş nazir Serzh Sarkisian və hökuməti istefa verənədək hər gün etirazları davam etdirəcəklərini deyiblər.

***Buna da bax: Liderlər saxlandı, amma kütləvi etirazlar davam edir

Pashinian Sarkisian-la alınmayan danışıqlardan az sonra saxlanıb.

DEPUTATLAR 72 SAAT SAXLANACAQLAR

Baş Prokurorluq Pashinian və digər iki deputat – Sasun Mikaelian və Ararat Mirzoian-ın 72 saat saxlanacaqlarını bildirib. Qurumun bəyanatında deyilir ki, onlar qanunsuz yürüşlər keçirib, tərəfdarlarını küçələri, dövlət binalarına girişləri tutmağa çağırıblar. Prokurorluq iddia edir ki, bu toplantıların iştirakçıları polis əməkdaşlarına hücum ediblər.

Vanadzorda etiraz, 23 aprel, 2018-ci il
Vanadzorda etiraz, 23 aprel, 2018-ci il

Saxlanmış deputatlara ittihamların verilib-verilməyəcəyi bəlli deyil. Bunun üçün parlament onların deputat toxunulmazlığını lğv etməlidir.

10 gündür davam edən etirazlardan sonra 230-dan çox nümayişçinin saxlandığı bildirilir. Dünən – aprelin 22-də Yerevan küçələrində polis əməkdaşlarıyla etirazçılar arasında toqquşmaların olduğu xəbər verilib.

Səhiyyə Nazirliyi etirazlarda xəsarətlər almış yeddi nəfərin xəstəxanaya aparıldığını bildirib.

Daxili İşlər Nazirliyi bəyanatında “nümayişçiləri dağıtmağa” qərar verdiyini, polisin “həbslər aparmaq, gücdən istifadə etmək səlahiyyəti olduğunu” bildirib.

Sarkisian 10 il prezident postunda qalıb, ötən həftə baş nazir seçilib. Opponentləri onun ömürlük liderliyi təmin etməyə çalışdığını deyirlər.

Ermənistandakı ABŞ səfirliyi aprelin 22-də bəyanatında polisi və etirazçıları “zorakılıqdan yayınmağa”, “gərginliyi artırmamağa” çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG