Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Liderlər saxlandı, amma kütləvi etirazlar davam edir [Video]


Aksiyaçıların lideri Paşinyanı belə həbs etdilər
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Aksiyaçıların lideri Paşinyanı belə həbs etdilər

Aprelin 22-i yerli vaxtla 12 00-ə olan məlumata görə, Yerevanın xəstəxanalarına etiraz aksiyalarında xəsarət almış 10 nəfər çatdırılıb.

Onlardan 7-i aprelin 22-də xəstəxanaya yerləşdirilib. Əksəriyyətinin durumu normaldır.

3-nün xəsarəti orta ağırdır.

Bu bardədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Avropa Birliyi Ermənistan prezidenti Armen Sarkisyanın baş nazirlə etirazçılar arasında danışıqların başlanması üçün təşəbbüs göstərməsini alqışlayıb.

Amma AB baş nazir Sarkisyanla etirazçıların lideri Paşinyan arasında baş tutmuş qısamüddətli görüş zamanı gərginliyin daha da artmasının qarşısını almağın mümkün olmamasından narahatlığını bildirib.

AB-nin təcili yaydığı bəyanatda deyilir ki, tərəflər zorakılıqdan çəkinməli və məsələni dinc yolla həll etməlidirlər.

***

Bəzi küçələrdə kütləvi saxlanmalara baxmayaraq Yerevandakı etiraz aksiyaları davam edir.

Etirazçıların bir qismi Erebuni küçəsindən Tiqran Mts və Arşakunyats prospektləri ilə şəhərin mərkəzinə üz tutublar.

Çoxlu sayda insanın qatıldığı yürüş şəhər meriyasının binasına çatıb. Aksiyaçıların sayı artır. Onlar Respublika meydanına tərəf hərəkət edirlər.

Oraya isə çoxlu sayda polis qüvvələri toplanıb.

***

Yerevan vaxtı ilə saat 13 00-a olan məlumata görə, polis 49 nəfəri saxlayıb.

***

"OMON" Yerevandakı Respublika meydanındakı aksiyaçıları da saxlamağa başlayıb.

Polis bildirir ki, aksiyalar qanunsuzdur və etirazçıları evə dağılışmağa çağırır.

Meydandakı aksiyaçılardan biri polisə müraciətlə bildirib ki, "əgər siz qanun-qayda yaratmağa gəlmisizsə, niyə maska geymisiz?"

Bundan sonra polis zabiti "OMON"çulara maskalarını çıxarmağı əmr edib.

***

Ermənistanda etiraz aksiyalarının təşkilatçısı, "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyan saxlanıb.

Aprelin 22-də aksiyaçılar Yerevanda yürüş keçirərkən polis kardonunu yarmaq istəyiblər.

Qarşıdurma yaranıb. Paşinyanla bərabər onun partiyasndan olan deputat Sasun Mikaelyan da saxlanıb. Paşinyanın saxlanmasından sonra məhz o, etirazçıları aksiyanı davam etdirməyə çağırırdı.

CANLI YAYIM İZLƏ

Polis yürüşü dağıtmaq üçün küy qumbaralarından istifadə edib.

Onlarla aksiyaçı zor tətbiq edilməklə saxlanıb.

Başqa bir deputat Ararat Mirzoyan da saxlanıb.

Jurnalistlər qarşıdurma zamanı xəsarət alanlarn olduğunu, hadisə yerinə təcili yardım maşınının gəldiyini görüblər.

Yeravan. 22 aprel, 2018
Yeravan. 22 aprel, 2018

Bundan sonra aksiyaçılar "Erebuni" stadionuna tərəf hərəkət ediblər.

Buna da bax: Xaricdəki tanınmış erməni sənətçilər Yerevan aksiyalarına dəstək verir (Video)

Bundan əvvəl - səhər saat 10-da Yerevanda "Marriott" otelində baş nazir Serj Sarkisyanla aksiyaçıların lideri Nikol Paşinyan arasında görüş keçirilmişdi.

Görüş bir neçə dəqiqə davam etmişdi. Sarkisyan özünün istefası ilə bağlı danışıq aparmaqdan imtina etmişdi.

Sarkisyan və aksiyaçıların lideri Paşinyan arasında görüş
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Paşinyan məhz bunu tələb edirdi. Bundan sonra aksiyaçıların lideri oteli tərk etmişdi.

Bu görüşdən sonra polis bəyanat yayaraq güc tətbiq etməklə mitinqi dağıtmağa hazr olduğunu bildirmişdi. ​

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG