Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:46

'Formula-1' yarışlarına görə hərəkət məhdudlaşdırılır


Bakının mərkəzi yenə 'mühasirədə'. Camaat dayanacaqları tapa bilmir
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Bakının mərkəzi yenə 'mühasirədə'. Camaat dayanacaqları tapa bilmir

Aprelin 23-dən paytaxt Bakının bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğu açıqlanıb. Bu, ölkədə keçiriləcək «Formula-1 Azərbaycan Qran-Prisi» yarışları ilə izah edilir. Bu vəziyyətin yarışlar tam başa çatana qədər davam edəcəyi deyilir.

Məhdudiyyət «Azneft», Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva küçələrinə aiddir.

Eləcə də, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı və İstiqlaliyyət küçəsi də buraya daxil edilib.

Bununla yanaşı, Niyazi küçəsi, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda da məhdudiyyət olacağı bildirilib.

Bununla əlaqədar sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilib.

17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edildiyi açıqlanıb.

Bakı Nəqliyyat Agentliyi bu dəyişikliklərin mayın 1-nə kimi qüvvədə olacağını bildirib.

Xatırlatma

«Formula-1» yarışları Azərbaycanda 2016-cı ildən keçirilir. 2018-ci ildə bu yarışlar aprelin 27-dən 30-na kimi davam etməlidir.

Bu yarışların Azərbaycanda daha 2 il keçiriləcəyi gözlənilir. Rəsmilərin bildirməsinə görə, təşkilatçılarla razılaşmaya əsasən, bu qərarın dəyişdiriləcəyi təqdirdə Azərbaycanı 50 milyon manat cərimə gözləyir.

«Formula-1» yarışlarına ümumilikdə nə qədər xərc çəkildiyi açıqlanmır. Müxalifət hesab edir ki, bu pullar ölkənin sosial problemlərinə yönəldilməlidir.

Hökumət təmsilçiləri isə hesab edir ki, beynəlxalq yarışlar ölkənin imicinə müsbət təsir edir.

Multimedia

XS
SM
MD
LG