Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:40

İranda məmur “ədəbsiz” ictimai rəqsə görə həbs olunub


İran, arxiv fotosu
İran, arxiv fotosu

İranda Mədəniyyət Nazirliyinin rəsmisi Məşhəd şəhərində kişilərlə qadınların birgə rəqs etməsinə görə həbs olunub. Rəsmi məlumat aprelin 19-da yayılıb.

Prokuror müavini Hassan Heydari ədliyyə sisteminin Mizanonline xəbər agentliyinə deyib ki, Məşhəddəki şəriət departamentinin rəhbəri “ictimai əxlaqa zərbə vurmaq və qanunlara göstərilən sayqısızlığa” görə saxlanıb.

***Buna da bax: Stadionlar qadınların üzünə açılır

MÜĞƏNNİNİN RƏSMİ İCAZƏSİ OLUB

Aprelin 17-də keçirilmiş tədbirin videosunda bir müğənninin isə ifa etdiyi, gənc kişi və qadınların rəqs etdiyi görünür.

Məşhəddəki mühafizəkarla videoda qəzəblənərək tədbirə icazə verənlərin cəzalandırılmasını istəyib.

Şəriət İranda ictimai rəqsi, qohumluq bağlı olmayan kişilərlə qadınların bir arada olmasını yasaqlayır.

Tədbirin keçirildiyi ticarət mərkəzinin sözçüsü Mohsen Afshar yarırəsmi ISNA agentliyinə deyib ki, müştəri cəlb etməkdən ötrü aylıq lotereya keçirilir, qalibə maşın hədiyyə olunur.

Afshar-ın sözlərinə görə, müğənninin də “ifa üçün rəsmi icazəsi” olub.

Di gəl, Heydari mühafizəkarların Tasnim xəbər agentliyinə deyib ki, ticarət mərkəzinin bu cür tədbirlər keçirmək səlahiyyəti olmayıb.

“BAŞQA YERƏ GEDİN”

Məşhəd mühafizəkar şəhərdir, sərt xətt tərəfdarları əvvəllər burada keçirilən konsertləri pozub, qadağan edib.

Şəhərdə cümə moizələrini aparan Ayatollah Ahmad Allamolhoda musiqisevərlərə “Başqa yerə gedin” mesajını verib.

Bu arada İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli başqa bir bəyanat yayıb. O, sosial mediada yayılmış bir videonun “hərtərəfli” araşdırılmasını xahiş edib. Videoda gənc qadının azı bir qadın əxlaq polisi əməkdaşı tərəfindən pis rəftara məruz qaldığı iddia olunur.

***Buna da bax: Hicabı açdığına görə 2 illik həbsə məhkum edildi

Həmin qadın Tehranda parkda saçını lazımi səviyyədə örtməməkdə ittiham olunub.

Qadınlar və ailə məsələləri üzrə vitse-prezident Masoumeh Ebtekar Twitter-də yazıb ki, polisin bu qadına qarşı davranışı “əsaslandırılmayıb”.

İranda qadınlar ictimaiyyət arasında saçlarını örtmədiklərinə görə həbs oluna bilərlər. Son aylar ölkədəki sərt geyim kodeksinə qarşı çıxaraq hicabını atan onlarla qadın saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG