Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:01

Hicabı açdığına görə 2 illik həbsə məhkum edildi


İllüstrativ foto
İllüstrativ foto

Tehranda küçə etirazı zamanı baş örtüyünü açmış iranlı qadın iki illik həbsə məhkum edilib. Bu haqda yerli media yazır.

Yarırəsmi Tasnim xəbər agentliyi martın 7-də prokuror Abbas Jafari Dolatabadi-yə istinadla bildirib ki, qadın “ictimaiyyət arasında hicabını çıxarmaqla korrupsiyanı həvəsləndirib”.

İran ədliyyəsinin Mizan onlayn xəbər agentliyi qadının adını açıqlamayıb, amma onun apellyasiya şikayəti verəcəyini yazıb.

ƏVVƏL CƏRİMƏLƏNİRDİLƏR...

Bəzi məlumatlara görə, həmin qadın 32 yaşlı Nargess Husseini-dir, İranda məcburi baş örtüsünə qarşı dinc etirazlar zamanı saxlanıb.

Abbas Jafari-Dolatabadi
Abbas Jafari-Dolatabadi

İndiyədək baş örtüyü olmadan ictimaiyyət arasında çıxmağa görə saxlanmış qadınlar az müddətdən sonra buraxılıb, qısamüddətli həbs cəzaları alıb, yaxud 25 dollar cərimələnib.

Bu ilin əvvəlində hakimiyyət baş örtüyünü açdığına görə 29 qadının saxlandığını bildirib.

Ölkədə məcburi geyim kodeksinə etiraz olaraq kampaniya keçirilirdi. Amma polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyası çərçivəsində “yoldan çıxarılaraq” hicabı açdıqlarını bildirib.

ABŞ Dövlət Departamenti bu həbsləri pisləyib, qadınların “məcburi hicaba qarşı çıxmaqla fundamental hüquq və azadlıqlarından yararlandıqlarını” bildirib.

Amnesty International insan haqları təşkilatı isə hakimiyyəti “məcburi hicaba qarşı çıxan qadınların təqibini, ayrı-seçkilik yaradan və aşağılayıcı təcrübəni dayandırmağa” çağırıb.

1979-cu il islam inqilabından sonra İranda qadınların ictimaiyyət arasına baş örtüyü olmadan çıxması yasaqlanıb.

Əxlaq polisi hicab qaydalarına tam əməl etməyənlərlə bağlı ardıcıl reydlər keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG