Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:01

Prezident ABŞ və Rusiya generalları ilə görüşüb


Rusiya/NATO

Azərbaycan prezidenti İlham Əliyev bu gün, aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının inkişafı müzakirə edilib.

K.Skaparotti Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək, bu əməliyyatlardan ötrü tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğulayıb.

K.Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ev sahibliyi etdiyindən prezident İ.Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti ümidvar olduğunu bildirib ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.

Ondan bir qədər əvvəl isə dövlət başçısı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi.

Rəsmi məlumata görə, söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimovla NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı K.Skaparottinin Bakıda görüşəcəkləri gözlənir. Onların, əsasən, bu məqsədlə Azərbaycana gəldikləri söylənir.

Tərəflərin Suriyadakı vəziyyəti müzakirə edəcəkləri vurğulanır.

Bundan əvvəl də bir neçə dəfə Azərbaycan paytaxtı Bakıda belə görüş keçirilib.

Multimedia

XS
SM
MD
LG