Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:49

Avropa Məhkəməsi Anar Məmmədli ilə bağlı qərar verdi


A.Məmmədli

Aprelin 19-da Avropa Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs şikayəti üzrə də qərar verib. Məhkəmə Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb, mənəvi ziyana görə 20 min, məhkəmə məsrəflərinə görə 2 min 500 avro kompensasiya müəyyənləşdirib.

A.Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 5 il 6 ay azadlıqdan məhrum edilib.

A.Məmmədli 2016-cı ildə əfv fərmanıyla azadlığa buraxılıb.

Multimedia

XS
SM
MD
LG