Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:17

Qırğızıstan hökuməti buraxıldı


Sooronbai Jeenbekov və Almazbek Atambaev ötən noyabrda yeni prezidentin andiçmə günü hərbi paradda

Qırğızıstan prezidentinin idarəsi Jeenbekov-un hökuməti buraxdığını bildirir.

***

Qırğızıstan parlamenti hökumətə etimadsızlıq göstərib. Bu, keçmiş prezident Almazbek Atambaev-lə ölkənin indiki lideri Sooronbai Jeenbekov arasında qarşıdurma yarandığı bir vaxtda baş verir.

120 deputatdan 105-i hökumətin əleyhinə səs verib. Ölkə konstitusiyasına görə, son qərarı prezident verəcək. O, hökuməti ya istefaya göndərə bilər, ya da saxlanmasına qərar verə bilər.

39 yaşlı baş nazir Sapar Isakov Atambaev-ə yaxınlığı ilə seçilir, hökumətə 2017-ci il avqustun 25-dən başçılıq edir.

Ölkə konstitusiyası Atambaev-in ikinci müddətə prezident seçilməsinə imkan verməyib.

Ötən ilin oktyabrında prezident seçilmiş Jeenbekov 2016-cı ilin aprelindən 2017-ci ilin avqustunadək Qırğızıstanın baş naziri olub.

Rəsmi nəticələrə görə, o, 15 oktyabr seçkisində səslərin 54 faizini toplayıb. Ancaq tənqidçilər Atambaev-in hakimiyyət resurslarından Jeenbekov-un qələbəsini təmin etmək üçün faydalandığını bildirib.

Ötən il noyabrın 27-də Jeenbekov Atambaev-ə milli qəhrəman adı verib.

Atambaev vəzifədən gedəndən sonra fəaliyyəti ilə çox da seçilməyib. Ancaq martın 31-də hakim Sosial Demokratik Partiyanın sədri seçilincə Jeenbekov-u bir neçə dəfə açıq tənqid edib.

XS
SM
MD
LG