Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:39

Türkiyədə prezident seçkisi bir il qabağa çəkildi


Recep Tayyip Erdogan

Türkiyədə prezident seçkisi iyunun 24-də keçiriləcək. Yəni, seçki bir ildən də çox qabağa çəkilir.

Türkiyə prezidenti Recep Tayyip Erdogan aprelin 18-də deyib ki, ölkəyə təcili olaraq prezident üsul-idarəsinə keçmək lazımdır.

Türkiyədə parlament və prezident seçkiləri 2019-cu ilin noyabrına planlaşdırılırdı.

Erdogan deyib ki, millətçi MHP partiyasının lideri Devlet Bahceli ilə danışandan sonra belə bir qərar verib. Bahceli aprelin 17-də erkən seçki ideyasını ortaya atmışdı.

Seçkidən sonra Türkiyə parlament sistemindən prezident üsul-idarəsinə keçəcək və prezidentin səlahiyyətləri genişləndiriləcək.

Konstitusiyaya dəyişikliklər 2017-ci il 16 aprel referendumunda təsdiqlənib.

XS
SM
MD
LG