Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:36

Bu il 50 milyon manat güzəştli kredit verilib


Pul

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyəti dövründə ümumi dəyəri 4.7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2.1 milyard manatdan artıq güzəştli kredit verib.

Bu məlumatlar aprelin 18-də Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, 2.1 milyard manatdan artıq güzəştli kredit 34 min 963 sahibkara verilib. Həmin kreditlər hesabına 160 minədək yeni iş yeri yaradıldığı qeyd edilib.

Güzəştli kreditlərin əsas hissəsinin aqrar sektora verildiyi bildirilir - 71 faiz.

29 faiz isə sənaye və digər sahələrə yönəldilib.

Kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Sahibkarlığa Kömək Milli Fondu rəsmiləri bildirib ki, 2.1 milyard manatlıq kreditin 1 milyard manatı büdcədən, 1.1 milyard manatı isə geri qaytarılan vəsaitlərin payına düşüb.

2018-ci ilin təkcə birinci rübündə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsinə 50 milyon manat güzəştli kredit verildiyi bildirilir.

Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılıb.

Multimedia

XS
SM
MD
LG