Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:34

Yeniyetmə sinif yoldaşlarına hücum edib, zərərçəkənlər var


Hadisənin baş verdiyi məktəb

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində məktəbdəki hadisəylə bağlı İstintaq Komitəsi cinayət işi qaldırıb.

17 yaşlı yeniyetməyə qarşı iki və daha artıq şəxsin öldürülməsinə cəhd maddəsilə cinayət işi açılıb. Digər cinayət işi isə yetkinlik yaşına çatmayanların cinayətlərdən profilaktikası orqanları əməkdaşlarının səhlənkarlığı maddəsi üzrə başladılıb.

İstintaqın versiyasına görə, 1 saylı məktəbin islah sinifinin şagirdi informatika kabinetinə bıçaqla girib, sinir yoldaşlarından bir qızı və müəllimi bıçaqlayıb. O, daha sonra sinifə yandırıcı maye tökərək ona od vurub. Yeniyetmənin daha sonra özünə xəsarət yetirdiyi bildirilir.

Məktəbdə siqnalizasiya sistemi iş düşüb, məktəbli qızlarda biri isə ikinci mərtəbədən tullanaraq xəsarət alıb.

Üç zərərçəkmiş və müəllim xəstəxanaya çatdırılıb. Onlardan birinin durumunun ağır olduğu bildirilir.

Müstəntiqlərin bildirməsinə görə, daha öncə də həmin yeniyetmənin aqressiv davranışı barədə uyğun orqanlara informasiya verilib.

Bu ilin yanvarında Rusiyada iki məktəbdə oxşar hücum hadisəsi qeydə alınmışdı.

XS
SM
MD
LG