Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:07

Nazirlər Kabinetinin əvvəlki tərkibi iş başında


Nazirlər Kabinetinin iclası

Aprelin 18-də prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə bu qərar Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsi zərurəti ilə izah edilir.

Qərarda vurğulanır ki, yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi elə Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilir.

Bu gün, aprelin 18-də Azərbaycan Nazirlər Kabinetinin istefa verdiyi açıqlanmışdı.

Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti ona istefasını təqdim edir.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edib.

İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

Bu gün, aprelin 18-də də prezidentin andiçmə mərasimi keçirilib.

Bir sıra müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər.

Multimedia

XS
SM
MD
LG