Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:01

Putin-lə Merkel Suriyadan, Baltik qaz kəmərindən danışıblar


Angela Merkel Vladimir Putin-lə Kremldə mətbuat konfransında, 2015-ci il
Angela Merkel Vladimir Putin-lə Kremldə mətbuat konfransında, 2015-ci il

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel-lə telefon söhbətində Suriyadakı durumu, mübahisəli Baltik qaz kəməri layihəsini müzakirə ediblər. Bu haqda Kreml bəyanat yayıb.

Putin ötən həftə Birləşmiş Ştatlar, Britaniya və Fransanın Suriyada hökumət obyektlərinə raket zərbəsi endirməsini pisləyib. Kremlin bəyanatında belə deyilir.

“TƏCAVÜZ AKTI”

Putin Merkel-ə deyib ki, zərbələr “təcavüz aktı”dır, BMT Xartiyasının pozulması deməkdir, Suriyada yeddi ildir davam edən müharibəni bitirmək cəhdlərinə “ciddi zərbə vurub”.

***Buna da bax: Ukrayna rəsmisi: “Şimal axını-2” layihəsi Avropaya hərbi təhlükə yarada bilər"

Birləşmiş Ştatlar aprelin 14-də Suriya hökumətinin kimyəvi silahlar infrastrukturunu hədəfə aldığını bildirib. Raket zərbələri Dəməşq yaxınlığındakı Duma şəhərinə şübhəli qaz hücumuna cavab olaraq endirilib. Ümumdünya Səhiyyə Təşkilatı həmin zərbələrdə 43 nəfərin zəhərlənmə simptomlarıyla öldüyünü bildirib.

Suriya hökuməti ölkə ərazisindəki qaz hücumlarına görə heç bir məsuliyyət daşımadığını bildirib.

Şübhəli qaz hücumu və hava zərbələri Rusiyanın Qərblə onsuz da gərgin münasibətlərini daha da pisləşdirib. Moskvanın Ukraynaya müdaxiləsi, Suriyada prezident Bashar al-Assad-ı dəstəkləməsi əsas gərginlik səbəbləridir. Suriya müharibəsində yüzminlərlə adam həlak olub, milyonlarla şəxs evindən didərgin düşüb.

“SİYASİ MƏSƏLƏLƏR”

Kreml Putin-lə Merkel-in Şimal axını-2 layihəsini də müzakirə etdiyini bildirir. Bu kəmər Rusiyadan Almaniyaya Baltik dənizindən keçərək uzadılmalıdır.

Tənqidçilər kəmərin Avropanın Rusiyadan enerji asılılığını artıracağını deyirlər. Digər tərəfdən dövlətə məxsus enerji şirkətlərinin layihədən qazanacağı bildirilir. Axı, Moskvanın digər ölkələrdə seçkilərə müdaxiləyə çalışmaqla, başqa hərəkətlərlə Avropanın təhlükəsizliyini hədələdiyi bildirilir.

***Buna da bax: “Şimal Axını-2” kəmərinə qarşı çıxanların planı

Birləşmiş Ştatlar, Polşa və Baltik ölkələri layihəyə qarşı çıxır.

Ötən həftə Merkel-in verdiyi açıqlama onun layihəyə dəstəyini azaltmasının əlaməti kimi görünüb. O, aprelin 10-da deyib ki, nəzərə alınmalı “siyasi məsələlər” var.

Onun sözlərinə görə, Putin-ə telefon söhbətində deyib ki, Ukraynanın qaz tranzitində rolu aydınlaşmayanadək layihə irəliləyə bilməz.

Şimal Axını -2 qaz tranziti məsələsində Rusiyanın Ukraynadan asılılığını azaltmış olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG