Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 01:21

Bakı məhkəməsi 'FETÖ' məsələsi ilə bağlı qərar verəcək


Tbilisidə türkiyəli müəllimin müdafiəsi üçün mitinq keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Tbilisidə türkiyəli müəllimin müdafiəsi üçün mitinq keçirilir. Video arxiv

Türkiyədə 'FETÖ' (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarını «terror şəbəkəsi» sayır - red.) üzvü kimi təqdim olunub axtarışa verilən Mustafa Ceyhan aprelin 16-da Bakıda məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində onun Türkiyəyə təhvil verilib-verilməməsi məsələsinə baxılıb.

Bu məhkəmə işi Azərbaycanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyinin təqdimatı əsasında başlayıb. Məsələni Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Aprelin 16-da məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndə aydın olub ki, M.Ceyhanın şəxsiyyət vəsiqəsi yoxdur.

Məhkəmədə vəkilsiz olan və prosesin müdafiəçisi Tural Eminovun iştirakı ilə keçirilməsini istəyən M.Ceyhan Azərbaycan sərhədini qanunsuz keçməsi barədə ittihamı da qəbul etmir. Deyir ki, Gürcüstan-Azərbaycan sərhədini qanuni yolla keçib.

M.Ceyhanın sözlərinə görə, onun Gürcüstanda yaşaması üçün icazə sənədi olub. Oradan Azərbaycana sığınacaq üçün gəlib: «Sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm».

BMT-dən də qaçqın kimi sığınacaq aldığını deyən M.Ceyhan heç bir terror təşkilatının üzvü olmadığını, barəsindəki axtarış qərarının da əsassız olduğunu vurğulayıb.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin sığınacaq üçün BMT-yə müraciətinin araşdırılması məqsədilə bu təşkilata sorğu göndəriləcək.

Bu səbəbdən məhkəmə aprelin 19-na qədər təxirə salınıb.

M.Ceyhan 2017-ci ilin aprelində həbs olunub. O, Azərbaycan sərhədlərini qanunsuz keçməkdə suçlanıb və 1 il azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyənin hüquq-mühafizə orqanları M.Ceyhanın ekstradisiyası üçün Azərbaycanın müvafiq qurumlarına müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG