Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Müsəlman millət vəkilləri Pompeo-nun dövlət katibi olmasına qarşı çıxdılar


Mike Pompeo
Mike Pompeo

ABŞ parlamentinin aşağı palatasının - Nümayəndələr Palatasının Demokrat Partiyasından olan iki müsəlman üzvü Mİke Pompeo-nun ABŞ-ın dövlət katibi vəzifəsinə təyin edilməsinə qarşı çıxıblar.

Hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olan Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini prezident Donald Trump irəli sürüb.

Keith Ellison André Carson parlamentin yuxarı palatasına - Senata müraciət edərək Pompeonun namizədliyinin tədiqlənməməsinə çağırıblar.

Senatın Xarici Əlaqələr Komitəsinə edilən müraciətdə deyilir ki, Pompeo əvvəllər "müsəlmanlara qarşı bəyanatları və ayrı-seçkiliyi ilə seçilib".

Pompeo vaxtilə Nümayəndələr Palatasının üzvü olarkən Carsonla birlikdə Palatanın Kəşfiyyat Komitəsində təmsil olunub.

Müraciətdə deyilir ki, ABŞ-ın dövlət katibinin bir işi də xaricdə müsəlman liderlər və icma rəhbərləri ilə işbirliyi qurmaqdır. Xüsusən də hazırkı münaqişələr, gərginlik və görünməmiş humanitar böhranlar şəraitində.

Buna da bax: Amerikalı məmur bu postuna görə üzr istədi

Müraciət müəllifləri hesab edirlər ki, Pompeoya belə bir inam yoxdur və o bu işdirliyini quracaq adam deyil.

Cümə axşamı Senatın xarici əlaqələr komitəsinin iclasında Pompeonun iştirakı ilə onun namizədliyinin müzakirəsi keçirilərkən müsəlman məsələsi yenə qaldırılıb.

Senator Cory Booker müzakirə zamanı Pompeo ilə polemikaya girib.

Polemikaya Pompeonun səsləndirmiş olduğu "Amerikada terror aktlarının önlənməsi məsələsində müsəlman liderlərin üzərinə xüsusi məsuliyyət düşür" fikri səbəb olub.

Senator ondan soruşub ki, doğrudanmı əgər hanslsa terror hadisəsi baş verirsə, bu ABŞ ordusunda, Dövlət Departamentində çalışan müsəlman amerikalıların da susqunluğunun nəticəsidir və bu işdə onlar da günahkardır?

Popmpeo bu sualın cavabında deyib ki, inancından asılı olmayaraq, təkcə amerikalılar yox, hər bir insan zorakılığa, ekstremizmə qarşı təpki göstərməlidir.

Bəzi insan haqları fəalları 2013-cü ildə - Boston marafonunda törədilən terror aktından sonra Pompeonu tənqid etmişdilər. O zaman Pompeo müsəlman liderlərini "susqunluqlarına görə" qınamışdı.

Terror aktını Amerika vətəndaşı olan çeçen əsilli qardaşlar törətmişdilər.

Buna da bax: Kikboksinq üzrə dünya çempionu olan ilk müsəlman qız

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG