Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Amerikalı məmur bu postuna görə üzr istədi


David Jennings-in Linkedindəki postu
David Jennings-in Linkedindəki postu

ABŞ-ın San Fransisko şəhərində immiqrasiya rəsmisi Linkedin-dəki postuna görə üzr istəyib.

David Jennings şəkli belə bir mətnlə paylaşıb:

"Mən 30 dəqiqə ərzində onların mədəniyyətləri haqda daha çox şey öyrənməyə çalışdım, axırda barmen mənə dedi ki, bunlar çətirdir".

Müsəlmanların hüquqlarını müdafiə edən qruplar buna etiraz edərək bildiriblər ki, immiqrasiya rəsmisinin çətirləri burkalı qadınlara bənzətməsi yolverilməzdir.

Jennings isə bu tənqiddən sonra üzrxahlıq edərək bildirib ki, "sadəcə özü ilə məzələnmək istəyib".

Buna da bax: Kikboksinq üzrə dünya çempionu olan ilk müsəlman qız

Jennings iddia edir ki, bu postu özünün keçmiş həmkarı və ərəb dili müəlliminə ünvanlayıb:

"Mən bu postla onu demək istəmişəm ki, hər bir şəxs başqa mədəniyyətlər haqda öyrənməyə çalışmalıdır, o cümlədən başqa mədəniyyət və ənənə sahibləri ilə işləməkdə böyük təcrübəsi olan mənim kimi adamlar da".

Jenning bildirib ki, heç kəsi təhqir etmək məqsədi olmayıb. O, sonradan postu silib.

Amerika-İslam əlaqələri Şurasının təmsilçisi Zahra Billoo öz narahatlığını belə ifadə edib:

"Bu postu kimsə görüb ona düz iş tutmadığını deyənəcən o, hərəkətinin yolverilməz olduğunu anlamayıb".

Zahra Billoo belə bir şəxsin başqa xalqlar və dinlərin təmsilçiləri ilə, o cümlədən müsəlman azlığının nümayəndələri ilə işləməkdə böyük təcrübəsi olduğuna şübhə ilə yanaşır.

Buna da bax: Nyu York hökuməti baş örtüyü çıxarılan qadına $85 min ödəyəcək

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG