Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:01

Kann festivalında İran, Rusiya filmləri göstəriləcək


Jafar Panahi-nin "Taksi" filmi Qızıl Ayı mükafatı alıb

Aprelin 12-də Fransanın Kann film festivalı İran və Rusiyadan dissident rejissorlarla həmrəylik sərgiləyib, Qızıl Palma mükafatı uğrunda mübarizə aparacaq filmlərin siyahısında həmin rejissorların filmləri yer alıb.

Festivalın direktoru Thierry Fremaux siyahıya İrandan çıxması yasaqlanmış Jafar Panahi-nin və Rusiyada ev dustaqlığında olan Kirill Serebrennikov-un filmlərini salıb.

“Frans Pres”in məlumatına görə, Fremaux Fransa hakimiyyətinin dəstəyilə Tehrandan rəsmi şəkildə xahiş edib ki, Panahi-nin gələn ay Fransaya getməsinə, daha sonra “ölkəsinə qayıtmasına” icazə versin.

Panahi-nin festivalda göstəriləcək filmi “Üç Sifət” adlanır, filmdə üç qadından söz açılır. Panahi üç il öncə Berlində Qızıl Ayı mükafatına layiq görülmüş “Taksi” filminin rejissorudur. O, 2010-cu ildə İranı tənqid etdiyinə görə saxlanıb.

Fremaux aprelin 12-də Parisdə keçirdiyi mətbuat konfransında Rusiya hakimiyyətindən də xahiş edib ki, Serebrennikov-a “Leto” adlı yeni filmini təqdim etməyə icazə versin. Bu film sovet rok ulduzu Viktor Tsoi haqdadır.

Serebrennikov avqustdan Moskvada ev dustaqlığındadır, ona mənimsəmə ittihamları irəli sürülüb, ancaq tərəfdarları ittihamları siyasi motivli sayır.

Festivalda yarışacaq 17 film arasında amerikalı rejissor Spike Lee-nin Ku Klux Klan-ı ifşa etmək üçün ona üzv olan qaradərili polis barəsində film də var.

Daha bir fransız filmi isə İraqda İslam Dövləti ekstremist qruplaşmasına qarşı savaşan kürd yezidi qadınlardan söz açır.

XS
SM
MD
LG