Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:35

İsrail lideri İrana xəbərdarlıq edir


Benjamin Netanyahu, arxiv fotosu

Baş nazir Benjamin Netanyahu İrana xəbərdarlıq edib ki, İsraili sınağa çəkməsin. O, Holokost zamanı 6 milyon yəhudinin qətlinin anıldığı bir gündə Tehranı nasist Almaniyası ilə müqayisə edib.

“İranı idarə edənlərə mesajım var: İsrail dövlətinin qətiyyətini sınağa çəkməyin. Bunlar boş sözləri deyil”, – Netanyahu aprelin 11-də Qüdsdəki Yad Vashem Holokost Memorialında deyib.

Holokost vaxtı köməksiz, müdafiəsiz, səssiz idik. Həqiqətən də səsimiz heç eşidilmirdi. Bu gün güclü dövlətimiz, güclü ordumuz var, səsimiz bütün millətlər arasında eşidilir”, – Netanyahu deyib.

Bu çıxışdan iki gün öncə Suriya hərbi bazası vurulub və İran buna görə İsraili ittiham edib. Zərbə zamanı azı 14 hökumətyönlü döyüşçü öldürülüb, onlardan yeddisi İranın əsgərləri olub.

Bu hücumdan sonra Tehran İsrailə qarşı cavab tədbiri görəcəyini bildirib. Təl Əviv hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG