Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:38

İmtahansız tələbə olmaq istəyənlərə…


DİM

Ümumdünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərə müraciətində belə yazılır.

Qeyd olunan kateqoriyadan olan abituriyentlər bu imkandan yararlanmaqdan ötrü mayın 31-dək DİM-ə və ya mərkəzin regional bölmələrinə müraciət etməlidir. Onlardan müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini təqdim etməsi istənilir.

DİM ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı verən müsabiqə və yarışmaların siyahısını da açıqlayıb. Həmin siyahını Nazirlər Kabineti təsdiq edib. Həmin siyahıda 30 yarış, olimpiada, müsabiqə sadalanıb.

Onlardan çoxu musiqi və idmanla bağlı müsabiqələrdir.

Bundan başqa, fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadalarının qalibləri olmuş Azərbaycan vətəndaşları ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanından yararlana bilər.

XS
SM
MD
LG