Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:19

Macarıstan seçkisində Orban qalib gəlir


Viktor Orban tərəfdarlarına müraciət edir

Macarıstanda sağ qanad, antimühacirət siyasətiylə tanınan baş naziri Viktor Orban seçkidə hakim Fidesz partiyasının “tarixi” qələbə qazandığını bildirib. Bununla da Orban üçüncü müddətə hökumətə rəhbərlik edə biləcək.

Biz qələbə çaldıq. Macarıstan böyük qələbə qazanıb”, – avtokratik Orban aprelin 8-də axşam ilkin nəticələr açıqlanandan sonra tərəfdarlarına deyib.

Bülletenlərin 98,5 faizi sayılıb və Fidesz səslərin 48,8 faizini toplayaraq radikal millətçi Jobbik-dən xeyli irəlidədir. Jobbik 20 faiz toplayıb.

Fidesz-in kiçik müttəfiqi olan Xristian Demokratlarla birlikdə parlamentdəki 199 yerdən 133-nü tutacağı gözlənir.

Müxalifət partiyaları belə bir nəticənin Orban-a konstitusiya dəyişikliklər gerçəkləşdirmək imkanı verəcəyindən, onun vətəndaş qruplarına təzyiqi artıracağından narahatdırlar.

XS
SM
MD
LG