Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:12

Məhkəmə AXCP fəallarını həbsdə saxlayıb


Müxalifətin 31 mart mitinqi [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Müxalifətin 31 mart mitinqi [Yekun video]

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalları Orxan Baxışlı, Abdulla MahmudovAyaz Qasımovun şikayətlərinə baxılıb. Onların ötən həftə inzibati qaydada həbs olunduqları bildirilir.

Vəkil Əsabəli Mustafayev deyib ki, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin sübutlarına məhəl qoymayıb, gəncləri həbsdə saxlayıb.

A.Mahmudov və O.Baxışlı 30 sutka, A.Qasımov 15 sutka həbs edilib. Onlar polisə tabe olmamaqda ittiham olunublar.

Ancaq vəkil vurğulayıb, gənclər polisə çağrılıblar və ora könüllü gediblər.

AXCP hesab edir ki, gənclər 31 mart mitinqindən öncə, aksiyanın kütləviliyinin qarşısını almaq məqsədilə uydurma ittihamla saxlanıblar. Partiya rəhbərliyi onların təşkilatçı olduqlarını açıqlayıb.

Ancaq bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Martın 31-də Milli Şura və Müsavat Partiyası Bakıda «Talana son», «Korrupsiyaya son», «Azad seçki» şüarları ilə aksiya keçirib. Aksiyada həmçinin, 31 mart qırğınlarını pisləyən şüarlar da səsləndiriblər. Təşkilatçılar bunu aksiyanın 31 mart qırğınının 100 illiyinə təsadüf etməsi ilə izah edib. 1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.

Bakı Şəhər Baş Polis İdarəsi aksiyadan sonra bildirib ki, mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG