Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:06

Abid Şərifov bayraq dirəyinin sökülməsindən danışdı


Meydan bayraqsız qaldı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:05 0:00

Meydan bayraqsız qaldı

«Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub».

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib. A.Şərifovun ehtimalına görə, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıq məsələsində nöqsana yol verilib:

«Buna görə xarici ekspertlər dəvət edildi, bayraq dirəyi söküldü, sonrakı məsələlər barədə isə məlumatsızam», - deyə A.Şərifov bildirib.

Dövlət Bayrağı Meydanının açılışı 2010-cu ilin sentyabrında olub.

20 min kvadrat metr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2 min 450 kvadratmetr, kütləsi isə 350 kiloqramdır.

Dövlət Bayraq Meydanının inşasının neçəyə başa gəldiyi açıqlanmır. Yerli mətbuatda milyonlardan bəhs edilir.

2010-cu ildə meydanın rəsmi açılışı zamanı president.az saytı xəbər vermişdi ki, layihəni Amerika Birləşmiş Ştatlarının «Trident Support» şirkəti hazırlayıb. Layihəni Azərbaycanın «Azenko» şirkəti icra edib.

Məsələyə sözügedən şirkətdən açıqlama almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG