Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Trump Suriyayla bağlı “cəld” qərar vermək istəyir


Donald Trump Baltik ölkələri prezidentləri ilə mətbuat konfransında
Donald Trump Baltik ölkələri prezidentləri ilə mətbuat konfransında

ABŞ prezidenti Donald Trump deyir ki, ölkəsinin hərbçilərinin Suriyadan çıxarılmasına “çox sürətlə” qərar vermək istəyir.

Suriyada əsas missiyamız İŞİD-dən (İslam Dövləti silahlı qruplaşması) yaxa qurtarmaq idi”, – Trump aprelin 3-də üç Baltik ölkəsinin prezidentiylə birgə mətbuat konfransında deyib.

Bu işi tamamlamışıq və çox tezliklə qərar verəcəyik, nə edəcəyimizi ərazidəki digər qüvvələrlə koordinasiya edəcəyik”, – Trump söyləyib.

Prezidentin deməsinə görə, bu missiya “ölkəmizə çox baha başa gəlir və başqa ölkələrə bizdən çox köməyi dəyir”, – prezident vurğulayıb.

Oradan çıxmaq, əsgərlərimizi evlərinə gətirmək istəyirəm. Öz ölkəmizin yenidən qurulmasına başlamaq istəyirəm”, – Trump bildirib.

O, Estoniya, Latviya və Litvanın İraq və Suriyadakı anti-İŞİD koalisiyasında Birləşmiş Ştatların tərəfdaşları olduğunu, “İŞİD getməyincə dincəlməyəcəklərini” deyib.

*** Buna da bax: Trump Ağ Evdə Baltikyanı prezidentləri ilə sammit keçirib

KOMANDASI XƏBƏRDARLIQ EDİR

Trump əsgərlərini Suriyadan çıxarmaq istəsə də, baş müşavirləri bu məsələdə fərqli düşünürlər, İŞİD-in kökünü kəsməkdən ötrü İraqla Suriyada qalmağın vacibliyini vurğulayırlar.

Birləşmiş Ştatların Suriyada 2 minədək hərbçisi var. Buraya kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə yardım göstərən, məsləhətlər verən xüsusi əməliyyatçılar da daxildir.

“The Associated Press” agentliyi adının çəkilməsini istəməyən ABŞ rəsmilərin istinadla yazıb ki, Trump-ın milli təhlükəsizlik komandası aprelin 3-də keçirilən toplantıda Suriyadan tələsik çıxmamaqla bağlı xəbərdarlıq edib.

Suriyanın Raqqa vilayətində aparıcı kürd rəsmisi Ilham Ahmed deyib ki, Trump-ın Suriyadan çıxmaqla bağlı istənilən qərarı “total xaos” yaradar, bu yaxınlarda İŞİD-dən alınmış ərazilərə təhlükə yaradar. Bu arada Türkiyə Suriyanın şimalındakı kürd yaraqlılara qarşı əməliyyatlar aparır.

Pentaqon rəsmilərinin xəbərdarlığına görə, Türkiyənin Afrində kürd qüvvələrinə hücumları İŞİD-ə “nəfəslik” verər, onlar Suriyada yenidən qruplaşa bilərlər.

Trump-ın digər müşavirlərinin fikrincə, ABŞ-ın Suriyadan vaxtından qabaq çıxması bu ölkənin İran və Rusiyaya təhvil verilməsi demək olar ki, onlar da Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG