Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

İsa Qəmbər Almaniyaya gedib


İ.Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bu gün, aprelin 4-də Almaniyaya yola düşüb.

Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

«İsa Qəmbər istirahət etməyi, həm də lazım gələrsə, Almaniya klinikalarında müayinədən keçməyi nəzərdə tutur», - deyə o vurğulayıb.

Müsavat Partiyasının keçmiş başqanı bu il yanvarın 13-də Bakıda ürəyində yaranan narahatlıqla bağlı xəstəxanaya yerləşdirilmişdi. Onun ürəyinə stend qoyulub və yanvarın 18-də xəstəxanadan evə buraxılıb.

Fevralın sonunda isə İ.Qəmbər Türkiyəyə gedərək Ankara «Hacettepe» klinikasında müayinə və müalicə edilib.

Xatırlatma

İ.Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, 1992-93-cü illərdə parlamentin sədri olub. Müəyyən müddət prezident səlahiyyətlərini də icra edib.

İ.Qəmbər 2014-cü ilə qədər Müsavat Partiyasına rəhbərlik edib. O, bu il də Müsavat Partiyasının prezidentliyə namizədi idi. Ancaq oktyabrda keçirilməli olan prezident seçkiləri dövlət başçısının istəyi ilə aprelin 11-nə keçirildikdən sonra partiya boykot qərarı verdi. Müsavat Partiyası hesab edir ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü şərait yoxdur. Hərçənd, rəsmilər bu fikri qəbul etmirlər.

XS
SM
MD
LG